azia.az
azia.az

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ekoloji tərbiyə və təcrübəçilik, turizm və diyarşünaslıq mərkəzlərinin inkişafı perspektivləri

3-02-2016, 20:07

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ekoloji tərbiyə və təcrübəçilik, turizm və diyarşünaslıq mərkəzlərinin inkişafı perspektivləri] 01-03 fevral 2016-cı il tarixlərində Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, WWF, GIZ, BDU, ENPİ FLEG və “EkoSfera” SEC ekspertləri tərəfindən respublikada fəaliyyət göstərən Ekoloji tərbiyə və təcrübəçilik və Gənc turistlər və diyarşünaslıq mərkəzlərinin direktorlarının iştirakı ilə “Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ekoloji tərbiyə və təcrübəçilik, turizm və diyarşünaslıq mərkəzlərinin inkişafı perspektivləri” mövzusunda seminar keçirilir.
Seminar beynəlxalq və yerli təcrübə əsasında fasiləsiz ekoloji təhsil sisteminin təşkili, busahədə strateji fəaliyyət istiqamətləri, birgə əməkdaşlıq, təcrübə mübadiləsi, ekoloji təhsil və turizm sahəsində yeni təlim üsulları və metodların tətbiqi, müxtəlif layihələrin müzakirəsinə həsr edilmişdir.
AMEA Mərkəzi Elmi Kitabxanada keçirilən tədbirdə Gəncə, Goranboy, Göy-göl, Qazax, Tovuz, Şəmkir, Bərdə, Samux, Tərtər, Şirvan, Füzuli, İmişli, Ağcabədi, Ağdam, Mingəçevir, Lənkəran, Astara, Cəlilabad, Yardımlı, Lerik, Salyan, Oğuz, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Balakən, Göyçay, Şamaxı, Zərdab, Quba, Qusar, Xaçmaz, Şabran, Laçın, Sumqayıt, Abşeron şəhər və rayonlarının Bakı şəhəri 43, 44, 45 saylı Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzlərinin, Bakı şəhəri 42 saylı, Sumqayıt, Mingəçevir, Gəncə şəhər Gənc Turistlər və Diyarşünaslıq Mərkəzlərinin direktorları tədbirdə iştirak etdilər.
Təhsil Nazirliyi tabeliyində fəaliyyət göstərən Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik, Turizm və Diyarşünaslıq Mərkəzlərinin direktoru Firuzə Sultan-zadə seminar iştirakçılarını salamlayaraq tədbiri açıq elan etdi. İlkin təqdimatda ekoloji təhsil sahəsində görülmüş işlər barədə ətraflı məlumat verildi, gələcək inkişaf strategiyası, ekoloji və turizm mərkəzlərinin respublika şəbəkəsinin yaradılması perspektivləri müzakirəsi olundu.
Tədbirin Mərkəzi Elmi Kitabxanada keçirilməsi heç də təsadüfi deyil, belə ki, MEK ekoloji təhsil və beynəlxalq təcrübəyə dair müasir elmi araşdırmalar toplanan zəngin məlumat bazasına malik, ən müasir təlim və tədris proqramlarının həyata keçirilməsi üçün uyğunlaşdırılmışdır. Eyni zamanda MEK tərəfindən həyata keçirilən Milli Rəqəmsal Yaddaş layihəsi Azərbaycanda ekoloji hərəkat, ölkə ekologiyası və diyarşunaslıq sahəsində həyata keçirilmiş fəaliyyətlər, əldə olunmuş nəaliyyətlərin gələcək nəsillərə olduğu kimi ötürülməsini təmin etmək məqsədi daşıyır.
Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü ilə AMEA Mərkəzi Elmi Kitabxanası RETTM arasında anlaşma memorandumu barədə razılıq əldə olunmuşdur. İlk birgə tədbir kimi məktəblilər üçün Qış Ekoloji Məktəbi təşkil edilmişdir. Eyni zamanda, əməkdaşlıq çərçivəsində respublika üzrə ekoloji tərbiyə və təcrübəçilik, turizm və diyarşünaslıq mərkəzlərinin inkişaf perspektivləri mövzusunda seminar keçirilir.
Tədbirdə Təhsil Nazirliyi Məktəbdənkənar Fəaliyyətinin Təşkili şöbəsinin müdiri Vasif Məmmədov, şöbənin uşaq və gənclər yaradıcılığı sektorunun müdiri Ayla Həsənova, Bakı Dövlət Universitetinin dosenti Sevinc Hümbətova, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Biomüxtəlifliyin İdarə Olunması Proqramının rəhbəri Oliver Kögler, ekspertlər Aleksandra Jozef, Elməddin Namazov, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin direktoru Elşad Əsgərov, əməkdaşı Sevinc Saruxanova, ENPİ FLEG Proqramının ölkə əlaqələndiricisi Azər Qarayev təqdimatlarla çıxış edərək ekoloji təhsil və tuzm sahəsində strateji istiqamətləri müzakirə etdilər.
Seminar iştirakçıları ekosistem xidmətləri, biomüxtəlifliyin qorunması, meşə ekosistemlərinin mühafizəsi və bərpası, ali və orta təhsil müəssisələrində ekologiyanın əlaqəli tədrisi barədə ətraflı məlumat aldılar. Pedaqoji kadrlarla ekoloji mövzuların tədrisi, kütləvi tədbirlərin keçirilməsi, ətraf mühitin mühafizəsi, uşaq turizmi sahəsində dövlət qurumları və ictimai təşkilatlarla əlaqələrin genişləndirilməsi və digər məsələlər barədə geniş müzakirə aparıldı.
Tədbirin sonunda iştirakçılara ekoloji vəsaitlər təqdim olundu və xatirə şəkilləri çəkildi.
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ekoloji tərbiyə və təcrübəçilik, turizm və diyarşünaslıq mərkəzlərinin inkişafı perspektivləriTəhsil Nazirliyi sistemində fəaliyyət göstərən ekoloji tərbiyə və təcrübəçilik, turizm və diyarşünaslıq mərkəzlərinin inkişafı perspektivləri


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi