azia.az
azia.az

İlk peşə-ixtisas təhsili müəssisələrinə yerləşdirilmə başa çatıb

27-08-2016, 11:55

İlk peşə-ixtisas təhsili müəssisələrinə yerləşdirilmə başa çatıbAvqustun 26-da “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və ixtisaslar üzrə yerləşdirilmə prosesi başa çatıb

Təhsil Nazirliyindən verilən məlumata görə, Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi 11-26 avqust tarixlərində pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlərin sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində aparılıb.


Bildirək ki, “Asan peşə” layihəsi üzrə 4066 nəfər müraciət edib. Onlardan 3245 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.


Nəzərinizə çatdıraq ki, ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda göstərilən sənədləri avqustun 27-dən sentyabrın 1-dək (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər:
1. Təhsil haqqında sənədin əsli;
2. Tibbi arayış;
3. Şəxsiyyət vəsiqəsi (surəti);
4. 3 x 4 sm. ölçüdə dörd ədəd fotoşəkil;
5. Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);

Qeyd edək ki, boş qalan yerlərə əlavə ixtisas seçimi 1-6 sentyabr tarixlərində Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində aparılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi