azia.az
azia.az

TQDK-dan XƏBƏRDARLIQ: 3 gün qaldı

26-04-2016, 10:51

 TQDK-dan XƏBƏRDARLIQ: 3 gün qaldı 2016-2017-ci tədris ili üçün I-IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun başa çatmasına 3 gün qalır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından publika.az-a verilən məlumata görə, elektron ərizə qəbulu 28 aprel saat 23:59-dək davam edəcək. Hazırda elektron ərizə dolduranların sayı 73033, ərizələrini təsdiq edənlərin sayı isə 68983 nəfərdir.
Xatırladırıq ki, abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (I-IV qruplar üzrə eservices.tqdk.gov.az/erizebak/qrup1_4) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. "Abituriyentin elektron ərizəsi" formasını doldurduqdan sonra ərizələrinin təsdiqini təmin etməlidirlər. Ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər, ümumi təhsil müəssisələrini 2011/2012-ci, 2012/2013-cü, 2013/2014-cü və 2014/2015-ci tədris illərində bitirən qız abituriyentlər, ilk peşə-ixtisas təhsili müəssisələrini 2012/2013-cü və ondan sonrakı tədris illərində bitirən qız abituriyentlər, 2011/2012-ci və ondan sonrakı tədris illərində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edirlər.
Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.
Xatırladırıq ki, qəbul imtahanlarında yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi