azia.az
azia.az

Sabiq təhsil şöbəsinin müdirinə açılmış cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib – HƏBS OLUNA BİLƏR

15-02-2020, 12:11

Sabiq təhsil şöbəsinin müdirinə açılmış cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib – HƏBS OLUNA BİLƏR
2018-ci il noyabr ayında Təhsil Nazirliyi tərəfindən Beyləqan rayon Təhsil Şöbəsində aparılan araşdırmalar zamanı, ciddi nöqsanlar aşkarlandığından şöbə müdiri Xuraman Rüstəmova işdən kənarlaşdırılaraq, istintaqa cəlb olunub . İşdən çıxarılan Xuraman Rüstəmova barəsində Baş Prokuroluq yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində müxtəlif maddələr üzrə cinayət işi açılıb. Hələ o vaxtı mediada Beyləqan rayonunda bir neçə kənd məktəb direktorlarının rəsmi şikayətləri əsasında təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovaya rüşvət alma maddəsi ilə cinayət işinin açıldığı yazılırdı. Baş Prokuroluğun yanında Korrupsiya idarəsində açılan cinayət işində Xuraman Rüstəmovanın 6 (altı) məktəb direktorlarından rüşvət alması barədə 10-dan çox auido səs yazısının olduğu da həmin yazılarda əks olunub. Hətta o da bildirilirdi ki, şöbə müdiri Xuraman Rüstəmova səs yazısında keçmiş məktəb direktorlarından qanunsuz yolla alıdığı rüşvəti Beyləqan şəhərinin abadlığına xərclənməsi adı altında sabiq başçıya verdiyini etiraf edib. Xuraman Rüstəmovanın istintaqa verdiyi bu izahatından sonra Vaqif Abdullayev də istintaqa cəlb edilib və hər ikisi üzləşdirilib.
Xuraman Rüstəmova üzləşmə prosesində Vaqif Abdullayevin üzünə duraraq məktəb direktorlarından aldığı rüşvətin (audio yazıda dediyi kimi) böyük hissəsini ona verdiyini deyib.

Mətbuatın yazdığına görə, açılan cinayət işində Xuraman Rüstəmovanın səs auido yazısında aldığı rüşvəti Vaqif Abdullayevə verəcəyini açıq aşkar səsləndirdiyi üçün cinayət işini bağlamaqda çətinlik çəkildiyi vurğulanırdı. Çünki açılan cinayət işində şahid və zərəçəkən qismində 6 (altı) məktəb direktoru, xeyli sayda müəllim var və onladan alınan izahatlar Xuraman Rüstəmovanı çətin vəziyyətə salıb. Cinayət işinin ləğv olunması üçün şikayətçilərin də öz şikayətlərindən imtina etmələri əsas şərt olaraq ortaya qoyulub.
Məlumatda vurğulanırdı ki, haqqında açılan və Vaqif Abdullayevində adının keçdiyi cinayət işinin bağlanması üçün Xuraman Rüstəmovanın Beyləqandakı obyektlərini və paytaxtdakı evlərini satışa çıxartdıb.. Xuraman Rüstəmova həmçinin Vaqif Abdullayevdən də şikayətçilərin pulunu geri qaytarmağı tələb edir. Və sabiq başçı da Xuraman Rüstəmovaya köməklik edəcəyini vəd verdib.

Cinayət işi yekunlaşıb və Xuraman Rüstəmovaya hökm oxunması barədə toplanmış cinayət işi Beyləqan rayon Məhkəməsinə göndərilib

Əldə etdiyimiz məlumata görə,Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Beyləqan rayon Təhsil Şöbəsinin sabiq şöbə müdiri Rüstəmova Xuraman Müzəffər qızı barəsində Cinayət Məcəlləsinin 313 (Vəzifə saxtakarlığı) və 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ) maddələri üzrə cinayət işi üzrə istintaq başa çatıb və şöbə müdirinə hökm oxunması barədə Beyləqan rayon Məhkəməsinə göndərilib.
Məsələnin ilginc tərəfi isə, Xuraman Rüstəmovanın oğlu Əliyev Yasin Allahverən oğlu Beyləqan rayon Məhkəməsinin sədr köməkçisi vəzifəsində işləyir. Hər halda tutduğu vəzifənin imkanlarından istifadə edərək, anası dəmir barmaqlıqlar arxasına düşməkdən xilas edəcək.

Xeberfakt.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi