“Deyirlər ki, ərimin başqa arvadı var“ - Xuraman
Aktrisa Xuraman Əlizadə nikahdan kənar övlad dünyaya gətirməsi ilə bağlı şayiələrə son qoyub
Axşam.az-ın məlumatına görə, aktrisa "Xəzər maqazin"ə açıqlamasında bildirib ki, ikinci həyat yoldaşı ilə valideynlərinin razılığıyla ailə qurub:
“Yoldaşımın ilk ailəsindən nikahı olmayıb. İndi deyirlər ki, guya ərimin başqa arvadı var. Əgər elədirsə, onun qohumları niyə mənim evimə gəlib-gedir? Bizdə hər şey qanunidir, valideynlərimizin xeyir-duası ilə ailə qurmuşuq, nikahımız da var".