azia.az
azia.az

Füzuli “Qayıdış” - 1 saylı məktəbdə TN-nin müsabiqəsindən keçə bilməyən savadsız və kütbeyin müəllimlər işlə necə təmin olunur?

28-08-2019, 11:19

Füzuli “Qayıdış” - 1 saylı məktəbdə TN-nin müsabiqəsindən keçə bilməyən savadsız və kütbeyin müəllimlər işlə necə təmin olunur?

Təhsil Müllətin gələcəyini, onun inkişafını müəyyən edən başlıca sahə olduğu hər birimizə yaxşı məlumdur. Qısaca desək, təhsil hər bir xalqın dünyaya baxışını, düşüncə tərzini, ümumiyyətlə istənilən bir sahəyə baxış bucağını ali dərəcədə formalaşdırır. İntelektual bilik səviyəsini artırır. Təhsil həm də qaranlıq bir dünyayın işıqlı sabahıdır. Hər bir gənc öz düşüncə tərzinə, intelektual bilik və səviyyəsinə görə seçilir. Belə bir məhşur deyim var; “Təhsilsiz ölkə labüdən müstəmləkəyə çevrilər”. Təhsil almaq, elmə-biliyə yiyləənmək hər bir insanın ali məqsədi olmaqla yanaşı, həm də bir vətəndaşlıq borcudur. Hər bir insan sağlam elmə, yüksək biliyə yiyələnməklə, bu yolla həm də öz Vətəninə, Xalqına, Dövlətinə xidmət etməyin məsuliyyətini yaxşı dərk etməlidir. Elmli-savadlı olmaq sənə oturub-durduğun hər bir təbəqə arasında hörmət qazandırır. Ən əsası da sənə haqq etdiyin vəzifəyə sahiblənmək qapısı açır. Bu da sənə yüksəldiyin vəzifədə öz ölkəni layiqincə təmsil etmək şansı qazandırır. Ona görə də hər birimiz bir vətəndaş olaraq həm özümüz, həm də bir valideyn olaraq öz övladlarımızın sağlam təhsil və sağlam düşüncəyə sahiblənməsinə məsuliyyətlə yanaşmalı, onların bir şəxsiyyət kimi formalaşmasına və layiqli yer tutmasına yardımçı olmalıyıq.

Lakin bəzən elə olur ki, qarşısında əyləşib təhsil aldığın "müəllimin" özünün savadsız, kütbeyin olduğunu görəndə, türklər demişkən, lap “şaşırırsan”. Bəs yaxşı, bu cür savadsız və kütbeyin "müəllimləri" işə necə götürürlər? Belələrinə daha çox bölgələrdə, işğal olumuş rayonların təhsil sistemində rast gəlmək olur. Onların özləri də yaxşı bilirlər ki, sahib olduqları “savadları” ilə yalnız köçkün məktəblərində işləyə bilərlər. O da məktəb direktoruna “şirinlik” verməklə... Beləliklə də “dərs” dedikləri şagirdləri də özləri kimi savadsız, küt beyin yetişdirirlər. Başqa heç cür... Və bununla da həmin şagirdlərin gələcəyini qaraldır, onları sağlam təhsil mühitindən məhrum edirlər. Savadsız və kütbeyin "müəllimlərin" sayəsində...
Lakin biz unutmamalıyıq ki, bu gün ölkəmizin savadlı, sağlam düşünən beyinlərə daha çox ehtiyacı var. Bu xüsusda Füzuli rayon “Qayıdış” - 1 saylı tam orta məktəbində vəziyyət daha acınacaqlı və utancvericidir. Məlumat əldə etmişik ki, nədənsə savadsız və kütbeyin "müəllimlər" daha çox bu məktəbdə yerləşdirilir. Onların necə yerləşdirilməsinə gəlincə, hər halda bu sualı cavablandırmaq birbaşa məktəb direktorunun vəzifəsi olduğundan, onun da söz haqqını tanıyırıq. RealMedia.az-a verilən məlumatlara görə “Qayıdış” - 1 saylı tam orta məktəbinin direktoru Təhsil Nazirliyinin “Müəllimlərin işə qəbulu qaydaları”na əsasən müsabiqədə iştirak edib keçid üçün aşağı bal toplayan, aşağı bal toplamaq bir yana dursun, hətta proseduralardan keçə bilməyən müəllim(ə)ləri belə “ rüşvət attestasiyasından” keçirməklə işə qəbul edir. Direktorun hümanist yanaşması sayəsində TN-nin “Müəllimlərin işə qəbulu proseduraları”ndan keçə bilməyən kütbeyin müəllimlər əllərinə jurnal alaraq sinifə daxil olub, şagird qarşısına çıxarılır. Beləliklə də həmin müəllimlərin sayəsində bir sinif məhv olur, 30 cüt parıldayan göz kor olur.
Mənbə iddia edir ki, məktəbin direktoru müəllimlərin işə qəbulu ilə bağlı TN-nə vakant yerlər barədə siyahı vermir. Vakant yerləri gizlədir. Direktor həmin yerləri ona görə saxlayır ki, TN-dən müsabiqədən keçə bilməyən “müəllimlərlə” özünün maraq dairəsi çərçivəsində müddətli müqavilə bağlayaraq işə götürsün. Bildirilir ki, bu və digər hallarla bağlı məktəbdə Təhsil Nazirliyi tərəfindən yoxlamalar aparılarsa, bir çox qanun pozuntularının ortaya çıxacağı şübhəsizdir. Onu da öyrənmişik ki, “Qayıdış” - 1 saylı tam orta məktəbində müddətli müqavilə ilə işləyən hələ ki adını çəkmək istəmədiyimiz ixtisasça ibtidai sinif müəlliməsi olan şəxs əvvəlki illərdə TN tərəfindən keçirilən Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib sıfır bal toplasa da, sonradan məktəb direktorunun “razılığı” əsasında həmin məktəbdə müddətli müqavilə ilə çalışır. Bu il isə həmin müəllimə TN-nin keçirdiyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək 24 bal toplayıb. Bu da keçid üçün yetərli deyil. Maraqlıdır, özü bir müəllimə olaraq illərlə TN-də keçirilən “iş”lə bağlı qəbul prosesində iştirak edərək 0.1 bal da olsun belə toplamağa savadı yetməyən birinin adını isə müəllimə qoyub, əlinə jurnal götürüb sinifə girərək şagird qarşısına çıxarılması utancverici deyilmi? O, şagirdlərə hansı biliyi aşılayacaq, nə savad verəcək? Özü də ibtidai sinif müəlliməsi... Hansı ki, şagirdə ilk ana dilini, qələm tutmağı və yazı yazmağı öyrədən məhz ibtidai sinif müəlliməsidir. Özünə əriştə kəsə bilməyən, özgəsinə necə umac ova bilər? Savadı olmayan belə birini sinifə buraxmağın özü təhsilimizi, gələcəyimizi mənəvi terrora sürüklənməsinə xidmətdən başqa bir şey deyil, məncə.
Mövzuya daha geniş və aydın şəkildə qayıdacağıq. Qaşrı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
RealMedia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi