azia.az
azia.az

Boşanmasını zəfər günü kimi qeyd edən müğənni: "Məni sevən yanında saxlayar"-FOTO

11-01-2021, 13:35

Boşanmasını zəfər günü kimi qeyd edən müğənni: "Məni sevən yanında saxlayar"-FOTO

ARB TV-nin "Hüseynova bacıları" verilişiin növbəti qonağı müğənni Yaşar Cəlilov olub.
Azia.az bildirir ki, müğənni şəxsi həyatı ilə bağlı ilk dəfə qalmaqallı açıqlamalar verib:

"2018-ci ilin sentyabrın 4-ü ailə həyatı qurmuşam, 2020-ci ilin noyabrın 10-da rəsmi olaraq boşanmışam. Öz istəyim və ərizəmlə məhkəməyə müraciət etmişəm. Heç kim heç kəsin həyatını korlaya bilməz. O insanı da pisləmirəm, Allah xoşbəxt etsin. Heç kim ailə həyatı quranda boşanacağını düşünmür. Anlaşmadıq və yollarımız ayrıldı. Mən xoşbəxtəm. Ailə müzakirəsi etməyi sevməmişəm. Hər şey göründüyü kimi deyil və hər şeyi qəbul edib, udmaq olmur. Mənim xeyirim var. Təklik Allaha məxsusdur. Mən, əslində, çoxdan boşanmışam. Sənədli, sübutlu, rəsmi 10 noyabrda boşanmışam. Zəfər günü mənim üçün bayram, bayrama qarışdı. Mən kimi sevirəmsə, onun yanındayam. Məni də sevən yanında saxlayır"./milli.az/


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi