azia.az
azia.az

Mətbuat Şurası: "Reytinq" qəzeti QMİ-dən üzr istəməli, təkzib verməlidir"

24-02-2016, 20:57

Mətbuat Şurası: "Reytinq" qəzeti QMİ-dən üzr istəməli, təkzib verməlidir" Bu gün Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

Gün.Az xəbər verir ki, iclasda 5 kütləvi informasiya vasitəsi ilə bağlı müraciətlər araşdırılıb.
İlk olaraq Mingəçevir Şəhər İcra Hakimiyyətinin “Xeberinfo.com” saytı ilə bağlı müraciətinə baxılıb.
Komissiya tərəfləri dinləyərək rəyə gəlib ki, xəbər portalı qarşı tərəfə məqalə şəklində sorğu ünvanlayarkən prosedur qaydalarının tələblərini pozub:
“Həmçinin yayımlanmayan materialın təxminən oxşar şəkildə bir sıra digər KİV-də təqdim olunması etik prinsiplərin tələblərinin pozulması ilə diqqəti çəkib.
Sayta gələcək fəaliyyətində bu kimi praktikadan imtina tövsiyə edilib”.
Qafqaz Müsəlmanları İdarəsinin “Reytinq” qəzeti barədə müraciətinin müzakirəsində mətbu orqanın bu qurum və onun rəhbəri barədə dərc etdiyi yazıda şərəf və ləyaqətin təhqirinə, ictimai nüfuzun aşağılanmasına yönələn fikirlərin yayımlandığı göstərilib:
“Çıxarılan rəydə mətbu orqana qarşı tərəfdən üzr istəməsi, təkzib verməsi tövsiyə olunub”.
“European Tobacco-Bakı” ASC-nin sədri, millət vəkili Rüfət Quliyevin “Poliqon” İnformasiya Agentliyi (Pia.az) barədə müraciəti araşdırılarkən xəbər portalının rəhbərliyi şikayətə səbəb olan yazının başqa KİV-dən götürüldüyünü deyib:
“Lakin onun nəzərinə çatdırılıb ki, bu zaman sərlövhədəki aşağılayıcı ifadənin orada getməsinə imkan verilməməli idi. Buna əməl edilmədiyindən peşə etikasının tələbləri pozulub. Komissiya həmin saytın da qarşı tərəfdən üzr istəməsini, təkzib verməsini məqsədə müvafiq sayıb".
Bir qrup ziyalının “Azadlıq” qəzeti və “Moderator.az” saytı barədə müraciətinə baxılarkən müəyyən məqamlara diqqət yetirilib.
Bildirilib ki, görkəmli şəxsiyyətlər bütövlükdə xalqa məxsus olduğundan, iftixarı sayıldığından onlara hər bir yazar, kütləvi informasiya vasitəsi həssaslıqla yanaşmalıdır:
“Bəzi KİV-də gedən materialda bu ümummilli marağın gözlənilməməsi haqlı narazılıqlara səbəb olur”.
Komissiya mediada Məhəmməd Əmin Rəsulzadə haqqında gedən fikirlərə də məsuliyyətlə yanaşmanın vacibliyini KİV-in nəzərinə çatdırıb:
“Azadlıq” qəzetinə və “Moderator.az” saytına qarşı tərəfin mövqeyini təqdim etmək tövsiyə olunub”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi