azia.az
azia.az

Əsli Quliyeva korrupsiya burulğanında (ÖZƏL)

29-03-2017, 10:47

Əsli Quliyeva korrupsiya burulğanında (ÖZƏL)


Son zamanlar korrupsiya halları və bu hallarla əlaqəli olan müxtəlif yoxlamalar daha tez-tez aparılmağa başlamışdır. Respublikanın bir çox bölgələrində, həmçinin paytaxt Bakıda da aparılan belə yoxlamalar nəticəsində onsuz da hamının gözü qarşısında olan qanun pozuntuları, rüşvətxorluq və korrupsiya halları nəhayət öz hüquqi təsdiqini tapmaqdadır. Qeyd olunan yoxlamalar KİV-də adı bir neçə dəfə hallanan Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən 248 №-li tam orta məktəbdən də yan keçməyib.

Dövri mətbuatda bir neçə dəfə qanun pozuntularının mövcudluğu ilə bağlı adı hallanan məktəbdə 70-dən çox 10 və 11-ci sinif şagirdlərinin cədvəl üzrə dərslərdə iştirak etməsi qeyd olunsa da, əslində onların aylıq ödəniş müqabilində dərslərdə iştirak etmədikləri, müxtəlif fakültətiv məşğələlər planı olsa da, həmin məşğələlərin aparılmaması və dərs yükü müqabilində verilən əməkhaqqının direktor tərəfindən mənimsənilməsi qeyd olunur. Xeberci.tv-yə etibarlı mənbədən daxil olan məlumata görə, son maliyyə yoxlaması nəticəsində məktəbdə yeni qanun pozuntuları barədə faktlar üzə çıxmışdır. Belə ki, mənbənin Xeberci.tv-yə verdiyi məlumata görə, 248 №-li orta məktəbin direktoru Əsli Quliyeva gecə məktəbi adından 50-yə yaxın saxta attestat verdiyi, həmçinin 20-dən artıq müəllimin adına dərs saatı yazaraq, onlara verilən əməkhaqqını mənimsədiyi bildirilir. Xeberci.tv-yə verilən məlumatda həmin 20 nəfər müəllimdən ikisinin adı dəqiq qeyd olunur və digərlərinin də adlarını tərəfimizdən aparılan araşdırmadan sonra diqqətinizə çatdıracağıq.

Xeberci.tv-nin araşdırması nəticəsində Əsli Quliyevanın bir vaxtlar Abşeron ərazisində bina tikintisi sahəsində sahibkarlıq fəaliiyəti məşğul olan həyat yoldaşı Mübariz Quliyev xanımının direktor vəzifəsində qalması üçün – Lazım olarsa, onun özü ağırlığında pul verəcəyəm – dediyi də məlum olmuşdur. Onun bu sözləri sanki Azərbaycanda hər bir qanun pozuntusunu rüşvət verməklə ört-basdır etmək mümkün olduğundan arxayınlığına işarədir. Lakin ölkəmizdə qanun alidir və bütün müvafiq qurumlar möhtərəm prezidentimiz İlham Əliyev cənablarının korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə prinsipinə sadiqdir. Bu prinsipləri Əsli Quliyevanın həyat yoldaşı kimi Binəqədi RİH başçısı Xaləddin İsgəndərovun da unutduğu təsəvvürü yaranır. Çünki bütün yol verdiyi qanun pozuntularına baxmayaraq, 248 №-li orta məktəbin direktoru Əsli Quliyevaya himayədarlıq etdiyi bildirilən icra başçısı bu işdə nə məqsəd güdür? Verilən məlumatlarda əlavə olaraq o da qeyd olunur ki, yoxlamalar başlanan vaxtdan Əsli Quliyeva müxtəlif səhiyyə ocaqlarından xəstəlik haqqında arayışlar gətirməklə, demək olar ki, məktəbdə görünmür. Bu işdən yayınmaların onun polisə yeni işə düzəlmiş oğlunun işdən çıxarılmaması üçün səyləri ilə əlaqədar olduğu bildirilir.

Qeyd olunan məsələ ilə əlaqədar araşdırmalarımımz davam edir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Xeberci.tv


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi