azia.az
azia.az

Qulu Məhərrəmli AzTV sədri ilə qalmaqallı məhkəməni uddu - YENİLƏNİB

13-02-2017, 18:48

Qulu Məhərrəmli AzTV sədri ilə qalmaqallı məhkəməni uddu - YENİLƏNİB

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə işinə xitam verilib

AzTV sədri Arif Alışanovun jurnalist, media eksperti Qulu Məhərrəmliyə qarşı məhkəmə işinə xitam verilməsi ilə bağlı jurnalistin vəkili İstiPress-ə açıqlama verib.

Q.Məhərrəmlinin vəkili Cavid Rzazadə məlumatı İstiPress-ə təsdiq edərək, heç bir hüquqi əsası olmadan icraata götürülmüş işə xitam verilməsini tamamilə məntiqə uygun nəticə kimi qiymətləndirib.

"Aydın olub ki, linqvistik ekspertizanın gedişində BDU-dan ayrılmış və Alışanovlar ailəsinə yaxın olan dilçilərin (Z.Şahbazova və T.İsmayılova) müsahibə mətni ilə bağlı verdikləri mənfi rəy də AzTV sədrinin köməyinə çatmayıb. Professor Q.Məhərrəmli bu rəylərin elmi cəhətdən əsassızlığını, sifarişlə yazıldığını sübut edib və bununla bağlı apelyasiya şikayəti verib. Bundan başqa, ölkənin görkəmli dilçilərinin məlum müsahibədə heç bir təhqirin olmaması barədə rəylər də məhkəməyə təqdim edilib", - vəkil C.Rzazadə bildirib.

Qeyd edək ki, media eksperti Q.Məhərrəmli ötən ilin fevral ayında mətbuatda Azərbaycan telekanallarının ümumi vəziyyətini təhlil edərkən dövlət büdcəsindən maliyyələşən AzTV-nin də ciddi nöqsanlarını göstərmiş və bu nöqsanların əsas səbəblərindən biri kimi sədr A.Alışanovun qeyri-peşəkarlığını, intellektual bəsitliyini, yaradıcı menecmenti və idarəçiliyi bilməməsini göstərib onu kəskin tənqid etmişdi.

A.Alışanov isə məhkəməyə müraciət edərək həm mülki qaydada Q.Məhərrəmlinin 100 min manat cərimə olunmasını, həm də xüsusi ittiham qaydasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdir.

saat 15:55

Yasamal rayon Məhkəməsində AzTV sədri Arif Alışanovun jurnalist, media eksperti Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə işinə xitam verilib.

Bundan öncə şikayətin əsaslandığı fikirlərin yayımladığı məqalə üzrə linqvistik ekspertiza təyin olunmuşdu. İş ekspertizadan qayıdıb və məhkəmə prosesi qaydasında davam edib. Lakin xüsusi ittiham qaydasında şikayətçi olan Arif Alışanovun vəkili son bir neçə iclasa qatılmayıb. Bu səbədən qarşı tərəfin mövqeyi şikayətdən imtina kimi qiymətləndirilib və məhkəmə işinə xitam verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi