azia.az
azia.az

Bir generalın manifesti: baytarlıqdan gömrüyə gələn sürücü indi hansı oyunu oynayır?

22-11-2016, 15:08

Bir generalın manifesti: baytarlıqdan gömrüyə gələn sürücü indi hansı oyunu oynayır?Azərbaycanda hansısa sahəyə rəhbərlik edən məmurun vəzifələri yaxınları arasında bölüşdürməsi adi haldır

Bəzi məmurlar, hətta cangüdənini, sürücüsünü yüksək postlara təyin etməkdən çəkinmir. Dünən növbəti belə bir faktla bağlı cumhuriyyet.az-a maraqlı məlumat daxil olub. Məlumatda deyilir ki, Dövlət Gömrük Komitəsinin sədr müavini Nazim Məmmədov əvvəllər fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sürücüsü olub.
Əslən Naxçıvandan olan Nazim Məmmədov 1951-ci ildə dünyaya gəlib. 1999-cu ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini bitirib. Əmək fəaliyyətinə Naxçıvanda baytarlıq stansiyasında başlayıb. Sonradan Kəmaləddin Heydərovun sürücüsü olub. 2007-ci ildə “fövqəlnazir”in dəstəyi ilə komitə sədrinin müavini postuna yiyələnib. 2008-ci ilə, ali təhsilini başa vurduqdan 9 il sonra general-leytenant rütbəsi alıb. Məlumatlarda vurğulanır ki, Nazim Məmmədov məmurlar arasında komitə sədrinin müavinindən çox, hakim komandanın yuxarı elitasının ərzaq təminatçısı kimi tanınır. Onun oğlu Mustafa Məmmədov isə polkovnik-leytenantdır. Mustafa Məmmədov Fövqəladə Hallar Nazirliyində şöbə rəisi vəzifəsində çalışır.
Amma N.Məmmədovla bağlı məlumatlar bununla yekunlaşmır. Belə ki, cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı adıçəkilən gömrük generalı ilə bağlı ilginc məlumatlara rast gəldik. Bu məlumatlardan ən önəmlisi N.Məmmədovun ali təhsili ilə bağlıdır. Belə ki, Dövlət Gömrük Komitəsinin sədr müavininin ali təhsil almadığı haqda mediada iddialar səslənib. General-leytenant rütbəsi daşıyan 65 yaşlı bu məmurun indiki vəzifəyə necə gəlib çıxdığı məsələsi kifayət qədər şübhəlidir və bunun üçün ciddi əsaslar da var. Nazim Məmmədov Ordubad rayonunda anadan olub. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda çalışıb. Karyerasındakı yüksəliş isə 1995-ci ildən – Dövlət Gömrük Komitəsində fəaliyyətə başlayandan sonra başlayıb. Onun 1998-ci ildə – nə az, nə çox, düz 48 yaşında Təfəkkür Universitetinin hüquq fakültəsindən məzun olub. 2007-ci ilin 28 dekabrında isə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Yeri gəlmişkən, Nazim Məmmədovun tərcümeyi-halı sosial şəbəkələrdə yayılandan sonra Dövlət Gömruk Komitəsinin rəsmi saytında onun üçün ayrılmış “bölmə”yə əl gəzdirilib. Belə ki, tərcümeyi-halda “1999-cu ildə Təfəkkür Universiteti”nin hüquq fakültəsini bitirmişdir” bəndi çıxarılıb. Bununla da komitə rəhbərliyi guya bəzi faktları gizlətməyə çalışıb.
Yeri gəlmişkən bu məqamla bağlı mediada daha bir iddia da səslənib ki, həmin iddiada gömrük generalının ali təhsili ilə bağlı prosesə aydınlıq gətirilir. Bu məsələ ilə mediada yer alan həmin iddianı cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: “Amma yayılmış xəbərlərdən birində maraqlı bir məqam daha vardı. Bu məqam generalın 48 yaşında Təfəkkür Universitetinin hüquq fakultəsini bitirməsiylə bağlıdı. Sözügedən universitetin Kiyev filialının sabiq rektoru Riyad Əliyev məlumat verib ki, Nazim Məmmədov birbaşa 4-cü kursa götürülüb. «İlham Pirməmmədov onu Müşfiq Atakişiyevin yanına göndərmişdi. 15 min dollara razılaşdılar. Nazim Məmmədov dövlət imtahanına belə gəlmədi. Həmin vaxt imtahanda iştirak edən Təhsil Nazirliyinin nümayəndəsi, eyni zamanda universitetin kuratoru Nəzakət Hacıyeva qeyd elədi ki, hətta attestatı olmayan olmaya, diploma alanlar var”
Gömrük Komitəsi sədrinin müavininin yeni iddiaları;
Komitə daxilindəki oyunlarda generalın mövqeyi;
N.Məmmədov hansı qruplaşmada yer alıb?
Gömrük Komitəsindəki rəqiblərin vurulması üçün hansı təbliğat aparılır?
Bütün bunlar haqda növbəti yazımızda…(cumhuriyyet.az )
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi