azia.az
azia.az

Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçiriləcək

24-06-2016, 00:03

Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçiriləcək
Silahlı Qüvvələr günü münasibətilə iyunun 26-da saat 11.00-da bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunacaq.

Lent.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə şəxsi heyət üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi