azia.az
azia.az

Qəhrəman pilotların meyitləri qaytarıldı

11-04-2016, 08:53

Qəhrəman pilotların meyitləri qaytarıldı Ermənistan silahlı birləşmələri ilə son döyüşlərdə şəhid olan həbçilərimizin meyidləri geri alınıb. Meyitləri qaytarılanlar arasında cəbhədə qəhrəmancasına şəhid olan pilotlarımız da var.
Proses bu gün beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə olunan qarşılıqlı razılaşmaya əsasən baş tutub. Razılaşmaya əsasən hər iki tərəfin nəzarətində qalan hərbçilərin meyitləri qoşunların təmas xəttindən qaytarılıb.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasından məlumat verilib. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyi bu gün baş tutan proses barədə ANS-ə açıqlama verib.
“Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə təmas xətində meyitlərin götürülməsi prosesi baş verib. Bundan əvvəl də BQXK vasitəçiliyi ilə əməliyyat keçirilib. Bu əməliyyatın da nəticəsi olaraq münaqişə tərəfləri meyidlərini döyüş meydanındangötürə bilib”,- deyə BQXK ictimayətlər əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseyinova bildirib.
Proses zamanı qarşı tərəf atəşkəs rejimini pozub. Meyitləri qaytarılanlar arasında cəbhədə qəhrəmancasına şəhid olan pilotlarımız da var. Bu saatlarda onların nəşi ailələrinə təhvil verilib. Səhər saatlarında dəfn mərasimləri keçiriləcək. Allah şəhidlərimizə rəhmət eləsin!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi