azia.az
azia.az

Astan Şahverdiyev üzr istədi: “Hər cəzaya hazıram”

26-12-2016, 10:59

Astan Şahverdiyev üzr istədi: “Hər cəzaya hazıram”
Milli Məclisin deputatı Astan Şahverdiyev Rusiyada işləyən azərbaycanlılarla barədə işlətdiyi ifadələrlə bağlı açıqlama verib

Modern.az-a istinadən bildiririk ki, deputat ehtiyatsızlıq üzündən işlətdiyi ifadəyə görə insanları inctməsindən təəssüfləndiyini bildirib.


A.Şahverdyievin sözlərinə görə, o, kobud ifadə səsləndirmək fikrində olmayıb: “Mən çox təəssüf edirəm ki, ehtiyatsız deyilmiş söz insanları bu qədər incidib. Mən bilməzdim ki, bu ifadə cəmiyyətdə bu qədər rezonans yaradacaq. Mən əlbəttə, elə demək istəməmişəm. Cəbrayıllılarla baş verən insidentdən sonra mənə “Azadlıq radiosu”ndan zəng vurmuşdular. Orda yaralanan polisləri görəndən sonra çox əsəb, stress keçirmişdim. Gələn zəng o ana düşüb və istəmədən belə bir ifadə işlətmişəm. Məqsədim insanları incitmək, təhqir etmək deyildi. Mən bilirəm ki, Avropada, Rusiyada Azərbaycan xalqını yüksək səviyyədə təmsil edən iş adamları var və onlarla şəxsən tanışam”.

A.Şahverdiyev özünü fikirlərini düzgün ifadə etməməkdə qınayıb: “Fikirlərimi düzgün ifadə etməmişəm. Buna görə də təəssüf hissi keçirirəm ki, ifadəm belə alınıb. Buna görə nə cəza vermək istəyirlərsə, mən hazıram. İnsanları incitdiyimə görə təəssüf edirəm”.

Qeyd edək ki, deputat “Azadlıq” radiosuna müsahibəsində belə demişdi: “Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi