azia.az
azia.az

YAP referendumla bağlı təşəbbüs qrupları yaradır

30-07-2016, 04:59

YAP referendumla bağlı təşəbbüs qrupları yaradır Yeni Azərbaycan Partiyasının (YAP) Ucar, Gədəbəy, Xaçmaz, Qubadlıvə Nərimanov rayon təşkilatlarında sentyabrın 26-da keçiriləcək referendumla bağlı toplantılar keçirilib.

YAP-dan APA-ya verilən məlumata görə, iclaslar zamanı bildirilib ki, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı Layihəsinin ümumxalq səsverməsinə (referenduma) çıxarılması barədə dövlət başçısının sərəncamı istər qanunvericilik, istər icra, istərsə də vətəndaşların hüquq və azadlıqları, onların təhlükəsizliyinin təminatı ilə bağlı müəyyən məsələlərin konstitusion normalarla möhkəmləndirilməsi zərurətindən irəli gəlir.

Sözügedən rayon təşkilatlarında referendumla bağlı təşəbbüs qrupları da yaradılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi