azia.az
azia.az

"ABŞ dünyada yeganə super gücdür, bunu qəbul edirik" - Putin

18-06-2016, 06:37

"ABŞ dünyada yeganə super gücdür, bunu qəbul edirik" - Putin Rusiya prezidenti Vladimir Putin ABŞ-ı dünyada yeganə super güc hesab etdiyini bildirib.

APA-nın məlumatına görə, bu sözləri o Sank-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib. “Amerika böyük dövlətdir. Bu gün yəqin ki, yeganə super gücdür. Biz bunu qəbul edirik”, - deyə o, söyləyib.

V. Putin qeyd edib ki, Moskva ABŞ-la işləməyə hazırdır: “Dünyaya ABŞ kimi güclü dövlət lazımdır. Bizə də lazımdır. Lakin bizə lazım deyil ki, onlar daim bizim işimizə qarışsınlar, necə yaşamaqla bağlı bizə göstəriş versinlər, Avropanın bizimlə münasibət qurmasına mane olsunlar”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi