azia.az
azia.az

"Ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır"

30-11-2019, 13:22


"Ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır" Hikmət Şikarov
"Ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır"
29 noyabr 2019-cu il tarixində Pirallahı rayonunda 23 dekabr 2019-cu il tarixində keçiriləcək Azərbaycanda Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş namizədlərlə görüş keçirildi. Toplantını giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsinin sədri Hikmət Şikarov qeyd etdi ki, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə olaraq məhz ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə – 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapdı. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə bu institut formalaşmağa, bələdiyyələrin hüquqi bazasını nizamlayan normativ aktlar qəbul edilməyə başladı. Bu aktlarda bələdiyyələrin bir qurum olaraq hüquqi statuslarının müəyyən olunması, onların fəaliyyətinin əsasları, statusu və digər məqamlar müəyyənləşdirildi.
"Ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır"İclasın gedişində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsinin fəaliyyət Proqramına uyğun olaraq ilkin mərhələdə görülən işlərin qənaətbəxş olduğu və növbəti mərhələdə görüləcək işlər barədə müzakirələr aparıldı. Çıxış edən namizədlər - Əliyulla Əliyev, Mərdan Vəliyev, Məmləkət Qaraçobanova və digərləri seçkiqabağı təbliğat dövründə onlara yaradılan şəraitə görə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının rolunu qeyd etdilər.
İclasın sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov 23 dekabr 2019-cu il tarixində keçiriləcək Azərbaycanda Bələdiyyə seçkilərində hər bir namizədə uğurlar arzuladı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi