azia.az
azia.az

Almaniya XİN-in rəhbəri: "Rusiyasız mümkün deyil"

10-04-2016, 11:08

Almaniya XİN-in rəhbəri: "Rusiyasız mümkün deyil" Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer müəyyən şərtlərdə Rusiyanın “8-lər” klubuna qayıtmasının mümkün olduğunu bildirib.

APA-nın məlumatına görə, Almaniya xarici işlər naziri bu gün Yaponiyada başlayan “7-lər”in xarici işlər nazirlərinin görüşündən əvvəl Almaniyanın DPA agentliyinə açıqlamasında deyib ki, Rusiya Ukraynada böhranın siyasi yolla həllinə töhfə verməli, Suriyada sülhün bərqərar olmasında konstruktiv rol oynamalıdır.

F. V. Ştaynmayer bildirib ki, Rusiyanın iştirakı olmadan hər hansı ciddi beynəlxalq münaqişəni həll etməyin mümkün olmadığı aydındır. Suriya məsələsinə toxunan Almaniyanın xarici işlər naziri qeyd edib ki, bu ilin qalan dövründə Rusiyanın Suriyada münaqişənin həllində konstruktiv rol oynamağa davam etmək niyyətinin olub-olmadığı bilinəcək. O, bugünkü görüşdə Rusiyanın “8-lər” klubuna qayıtmasının müzakirə olunacağını da açıqlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi