azia.az
azia.az

Fransa Senatının üzvündən Ermənistana qarşı BƏYANAT

5-04-2016, 09:36

Fransa Senatının üzvündən Ermənistana qarşı BƏYANAT Fransa Senatının üzvü Jan-Mari Bokel Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən bəyanat yayıb.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, bəyanatda senator Jan-Mari Bokel çoxlu insan itkisinə, eləcə də bir neçə azərbaycanlı dinc əhalinin ölümü ilə nəticələnən Ermənistanın Azərbaycana qarşı təcavüzünü qəti şəkildə pisləyir.
Jan-Mari Bokel Ermənistanın Azərbaycanın torpaqlarını qeyri-qanuni işğalı ilə bağlı təmas xəttində baş vermiş son hadisələrin günahsız qurbanlarına rəhmət diləyir.
Fransalı senator Minsk qrupunun həmsədrlərinin münaqişədə diqqətsizliyinə və yalnız faciəli qarşıdurmaya gətirib çıxaran ədalətsiz status-kvonun illərdir saxlanmasına təəssüfləndiyini bildirir.
Senator qeyd edir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməli və qoşunlarını Dağlıq Qarabağ da daxil olmaqla işğal etdiyi bütün Azərbaycan torpaqlarından dərhal və qeyri-şərtsiz çıxarmalıdır.
Jan-Mari Bokel Azərbaycan dövlətinin cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq qərarını alqışlayır və Ermənistanı da belə qərar qəbul etməyə çağırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi