azia.az
azia.az

Şəhər və rayon mərkəzi xəstəxanaları əlillik dərəcəsi verəcək

20-04-2017, 16:33

Şəhər və rayon mərkəzi xəstəxanaları əlillik dərəcəsi verəcək

Bu gün səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi və təhlil”inə həsr olunmuş Kollegiya iclası keçirilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, iclasda bildirilib ki, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi və təhlili ilə bağlı əhalinin narazılığına səbəb olan problemlərin aradan qaldırılması istiqamətində Nazirlik tərəfindən ciddi addımlar atılıb.

Belə ki, əhalinin bu işdə rahatlığının təmin edilməsi, həmçinin Bakı şəhərinin klinik xəstəxanalarının stasionar şöbələrində mövcud sıxlığın aradan qaldırılması məqsədilə vətəndaşlara əlilliyin müəyyən edilməsi üçün müayinələrin Bakı şəhərinin klinikalarından əlavə Respublikanın şəhər və rayon mərkəzi xəstəxanalarında, həmçinin ambulator şəraitdə həyata keçirilməsi məqsədəuyğun hesab edilib.

Nazirlər Kabinetinin 1993-cü ildə 9 nömrəli Qərarı ilə təsdiq edilmiş sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydaları haqqında təlimat”ın hazırda yeni variantının hazırlanması məqsədilə işçi qrup yaradılıb.

İclasın sonunda əlilliyin təyini ilə bağlı vətəndaşlara Tibbi-sosial ekspert komissiyalarına göndərişlərin (F-088U) verilməsinin ciddi nəzarətə götürüldüyü bildirilib.
azxeber.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi