azia.az
azia.az

İtburnu çayının faydaları

29-08-2016, 09:54

İtburnu çayının faydaları
İtburnu meyvəsində olan vitamin və minerallar infeksiyalara qarşı daha yaxşı təsir göstərir

Bu meyvənin bioloji aktivliyi əsasən onun tərkibində olan C vitamini ilə əlaqədardır.

C vitamini orqanizmdə maddələr mübadiləsini aktivləşdirir, müxtəlif infeksiyalara və xarici mühitin digər zərərli təsirlərinə qarşı bədənin müqavimətini artırır. Xroniki yorğunluğa, soyuqdəyməyə, təzyiq problemlərinə, böyrək problemlərinə faydası olan itburnu həm də qanı təmizləyir.

Qanda olan xolesterinin miqdarını azaltdığına görə damar kirəcləşməsinin qarşısını alır və qan dövranını sürətləndirir. Müalicə və profilaktika məqsədilə sidik yolları xəstəliklərində, nefritlərdə istifadə olunur. Mübadiləni yaxşılaşdırdığına görə yara və xoraların sağalmasına da təsir göstərir. Bədəni yaşlanma, siqaret və spirtin təsirlərindən qoruyur. (atv.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi