azia.az
azia.az

İnsan həyatı üçün təhlükəli 10 dəqiqə

24-08-2016, 10:38

İnsan həyatı üçün təhlükəli 10 dəqiqəQəfil tutma birdən-birə, hər hansı bir yerdə ortaya çıxan şiddətli qorxu və narahatlıq vəziyyətidir
Qəfil başlayır. Sürətli formada (10 dəqiqə və ya daha qısa bir müddətdə) yüksək həddə çatır. Təxminən 10-15 dəqiqə davam edir. Lakin bəzən 1-2 dəqiqə, yaxud bir saatdək davam edə bilər. Türkiyəli psixiatr Aysun Gənc Dişçigil bildirir ki, qəfil tutma xəstənin həm emosional, həm də iqtisadi cəhətdən çox tükənməsi nəticəsində baş verə bilər. Lent.az həkimin tutmalar barədə fikirlərini təqdim edir.


Mütəxəssisin sözlərinə görə, qəfil tutma xəstəliyindən əziyyət çəkənlərin 75 %-i qadınlardır. Qəfil tutma ölüm qorxusu yaşadan bir vəziyyətdir. Daha çox 25-45 yaş aralığında daha çox gəlinir: “Dəhşətli pis hadisə yaşandıqda və ya təhdid hiss etdikdə həddindən artıq təlaşlana bilərsiniz. Yaşadığımız bu gərgin narahatlığa çaxnaşma deyilir. Buna qarşı qəfil tutma hər hansı bir hadisə və ya təhdid olmadan da gözlənilmədən birdən-birə ortaya çıxır. Qəfil tutma yaşayan adam yalnız gərginlik, narahatlıq hiss etmir. Eyni zamanda sanki infarkt kimi birdən-birə inkişaf edən bir xəstəlik yaşayırmış kimi fiziki reaksiyalar hiss edə bilər”.

Əlamətləri

Bədənimizin bir çox sistemi ilə əlaqədar olaraq fiziki əlamətlər müşahidə edilir. Əsasən də, ürək döyüntüsü, nəfəs darlığı, nəfəs kəsilməsi, tərləmə, titrəmə, sinə ağrısı, baş gicəllənməsi, ürək bulanması, qarın ağrısı, üşümə və ya hərarət, əl-ayaqda keyimə və s. Bundan başqa, ətrafına və ya özünə yadlaşma, nəzarət itkisi hiss etmə, ölüm qorxusu da yuxarıda sadalanan fiziki əlamətlərlə bərabər müşahidə edilir. Həkim bildirir ki, bu əlamətlərdən ən az dörd dənəsinin mövcudluğu qəfil tutmaya gətirib çıxara bilər. O, qəfil tutmanın başlıca səbəblərindən də bəhs edib: “Qəfil tutma insanlardan asılı olaraq müxtəlif səbəblərdən baş verə bilər. Bəzi fiziki xəstəliklər də buna səbəb ola bilər. Məsələn, qansızlıq, tiroid xəstəlikləri, qan şəkərinin aşağı düşməsi, diabet, yüksək təzyiq və s. Fiziki səbəblər xaricində genetik səbəblər, beyin kimyasındakı dəyişikliklər, yaşanılan mənfi hadisələr və sağlamlıq problemləri. İnsanın həyatındakı əhəmiyyətli dəyişikliklər də qəfil tutmaya gətirib çıxara bilər. Məsələn, iş yerinin və işin dəyişməsi, boşanma və ya sevdiyi insandan ayrılması, uzun illərdən bəri qaldığı evini dəyişdirməsi bir anda çaxnaşma vəziyyətinin ortaya çıxmasına səbəb ola bilər”.

Qısası, keçmiş və ya yaxın zamanda yaşanan stresli həyat hadisələri qəfil tutmaya yol aça bilər. Bu cür xəstələrin çoxunda əlavə bir psixiatrik pozuqluq da olur. Xəstələrin yarısından çoxunda depressiya müşahidə edilir. 12 faizində intihar cəhdi və intihar düşüncələri baş qaldırır: “ Qəfil tutmadan əziyyət çəkən insanlar emosional və iqtisadi cəhətdən tükənmiş fərdlərdir. Onların həyatlarındakı digər insanlarla əlaqələri pozulur, işlərini və təhsillərini yarımçıq qoyurlar. Bu problemdən əziyyət çəkən insanlar bir çox həkimə müraciət edirlər. Bütün tibbi müayinələr onun sağlamlığında ciddi heç nə aşkara çıxarmır. Xəstənin yaxınları isə ona “heç nəyin yoxdur” deyirlər. Əksinə, bu vəziyyət insanın daha çox narahat olmasına yol açır”.

Xəstələr ilk tutmalarını heç vaxt unutmurlar. Olduqca dəhşətli tutma səbəbindən tutmanın baş verdiyi mühitdən və ya bənzəri mühitlərdən qaçırlar. Məsələn, metroda baş verərsə, metroya və başqa bağlı yerlərə getmirlər. Yuxuda qəfil tutma yaşayırlarsa, yatmaq istəmirlər və yuxu pozuntuları ortaya çıxır: “İlk dəfə bunu yaşayan insan vaxt itirmədən həkimə müraciət etməlidir. Çünki xüsusilə infarkt və ağciyər çatışmazlığı əlamətləri qəfil tutma əlamətlərinə oxşayır. Bu baxımdan da insanın ümumi fiziki vəziyyətinin qiymətləndirilməsi əhəmiyyətlidir”.
Hər hansı fiziki xəstəlik təsbit edildiyi halda həmin istiqamətli müalicə tətbiq olunmalıdır. Unutmaq olmaz ki, əlamətləri məlum olan fiziki xəstəliklə yanaşı, ruhi sağlamlıq problemi zamanı da qəfil tutma əlamətləri də tapıla bilər.

Müalicəsi

Əvvəlcə hər hansı bir fiziki xəstəliyin qəfil tutma əlamətlərinə yol açıb-açmaması aydınlaşdırılmalıdır. Unutmayın ki, fiziki və ruhi səbəb birlikdə inkişaf edə bilər: “Qəfil tutmanın müalicəsində xəstənin həm hücum, həm də hücum narahatlığı əsnasında istifadə edəcəyi dərmanlarla bərabər, təkrarlanmasının qarşısını alan müalicəvi dərmanlar da təyin edilir. Dərman müalicəsi ilə yanaşı, insanın həyatında olan və hücuma səbəb olan vəziyyətlərin araşdırılması problemin həlli üçün olduqca faydalıdır. Qəfil tutma ruhumuzda bəzi şeylərin əksinə olduğunu, düzgün getmədiyini göstərən bir siqnaldır. Bu tərs gedən vəziyyətlərin fərqinə varılması və həll edilməsi də müalicəyə kömək edər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi