azia.az
azia.az

Evlənmək istəyən 52 nəfərdə dəhşətli xəstəlik aşkarlandı

4-05-2016, 12:50

 Evlənmək istəyən 52 nəfərdə dəhşətli xəstəlik aşkarlandı "Aprel ayında nikaha daxil olmaq istəyən şəxslərin 400 nəfərində talassemiya daşıyıcılığı, 52 nəfərində sifilis, 1 nəfərdə isə QİÇS xəstəliyi aşkarlanıb".
Bu sözləri modern.az-a açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. O qeyd edib ki, ötən ay 12500 nəfər nikaha daxil olmaq üçün tibbi müayinədən keçib.
"Ümumilikdə nikaha daxil olanların tibbi müayinəsi başlanılan müddətdən bu vaxtadək 130 min nəfər müayinədən keçib. Onlardan 6 min 921 nəfərdə talassemiya daşıyıcılığı, 415 nəfərdə sifilis, 75 nəfərdə isə QİÇS aşkarlanıb. 54 cütlüyün isə hər ikisinin talassemiya daşıyıcısı olduğu üzə çıxıb".
Z.Əlimirzəyevanın sözlərinə görə, bu günə qədər 6 cütlük evlənməkdən imtina edib.
"Onların hər ikisi talassemiya daşıyıcısı olduğu üçün evlənməkdən imtina edib".
İnstitut direktoru bildirib ki, artıq tərəflər nişan olmazdan öncə gəlib tibbi müayinədən keçirlər.
"Yaxşı haldır ki, bizə tərəflər nişanlanmazdan öncə müraciət edir, tibbi müayinədən keçirlər. Nikah vaxtı bunu öyrənmək bir az gec olur, amma onlar müayinə nəticələrini öyrənərək, gec olmadan qərarlarını verirlər", - deyə Z.Əlimirzəyeva qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi