azia.az
azia.az

Bir daha “Dərman mafiyası” haqqında - Araşdırma - II yazı

2-09-2019, 20:35


Əvvəli bu linkdə: https://konkret.az/bir-daha-derman-mafiyasi-haqqinda-arasdirma

Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan “Epidbiomed” və “Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı.
Bir daha “Dərman mafiyası” haqqında - Araşdırma - II yazı
Konkret.az Araşdırma Qrupu qanunsuz dərman dövrüyyəsi ilə məşğul olan bu şirkətin fəaliyyətini araşdırarkən olduqca maraqlı nəticələr əldə edib.

Apardığımız araşdırmalar zamanı məlum olub ki, 2010-2017-ci illər ərzində “Epidbiomed” MMC xeyli sayda dövlət satınalmaları üzrə keçirilən müsabiqələrin qalibi olaraq, 29 müxtəlif rayon mərkəzi xəstəxanalarına, həmçinin başda Səhiyyə Nazirliyi olmaqla, müxtəlif nazirliklərə də dərman satışını həyata keçirib. Maraqlıdır ki, bu şirkət barədə elan olunan ittihama görə, “Epidbiomed” və “Sanimed” MMC-nin rəhbərləri müxtəlif şəxslərlə, tamah məqsədilə, qabaqcadan əlbir olaraq, daha çox gəlir əldə etmək məqsədi ilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.

Şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar verib və idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar. Bu hal öz növbəsində kütləvi surətdə vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsi üçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını məhdudlaşdırmaqla onların qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

Buna görə də, konkret.az olaraq barəsində bu məzmunda ittihamın irəli sürüldüyü şirkətin fəaliyyətini, daha doğrusu kimlərin bu şirkətlə dərman alqı-satqısında iştirak etdiyinin maraqlı və vacib olduğunu düşünərək, “Epidbiomed” MMC-nin qalib elan olunduğu dövlət satınalmalarını araşdırmağı özümüzə borc bildik. Məntiqlə düşünsək, əgər bir şirkətin bir çox epizodlarda tamah məqsədilə həkimlərlə razılaşıb, müxtəlif maliyyə və ticarət fırıldaqlarını həyata keçirdiyi məlumdursa, onda bu rəsmi ittiham, onların tender və kotirovkalarda da hansı üsullarla qalib gəldiyi haqqında ciddi suallar doğurur.

Abşeron Mərkəzi Rayon Xəstəxanası:

Apardığımız araşdırmalar zamanı zamanı məlum olub ki, saxta dərmanların satışında ittiham olunan “Epidbiomed” MMC Abşeron MRX-nın 2011-2013-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatları və sarğı materiallarının” satın alınması maddəsi üzrə 4 dəfə qalib elan olunub.

Belə ki, şirkət 2011-ci ildə iki dəfə, hərəsi 269 987 (iki yüz altmış doqquz min doqquz yüz səksən yeddi) manat, 2012-ci ildə 280 400 (iki yüz səksən min dörd yüz) manat, 2013-cü ildə isə 666 990 (altı yüz altmış altı min doqquz yüz doxsan doqquz) manat dəyərində tenderlərin qalibi olub.

Bu illər ərzində “Epidbiomed” MMC ilə Abşeron MRX-nın birgə həyata keçirdikləri satınalmaların ümumi məbləği 1 487 364 (bir milyon dörd yüz səksən yeddi min üç yüz altmış dörd) manat təşkil edib.

Ağdaş Mərkəzi Rayon Xəstəxanası:

Apardığımız araşdırmalar zamanı məlum olub ki, “Epidbiomed” MMC Ağdaş MRX-nın 2012-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatlarının və sarğı materiallarının” satın alınması maddəsi üzrə 3 dəfə qalib elan olunub.

Belə k,i şirkət 2011-ci ildə 390 998, 71 (üç yüz doxsan min doqquz yüz doxsan səkkiz manat, yetmiş bir qəpik), 2013-cü ildə 405 000, 1 (dörd yüz beş min manat, on qəpik), 2014-cü ildə isə 402 994, 76 (dörd yüz iki min, doqquz yüz doxsan dörd manat, yetmiş altı qəpik) dəyərində tenderlərin qalibi olub.

Bu illər ərzində “Epidbiomed” MMC ilə Ağdaş MRX-nın birgə həyata keçirdikləri satınalmaların məbləği 1 198 993, 57 (bir milyon yüz doxsan səkkiz min doqquz yüz doxsan üç manat, əlli yeddi qəpik) manat təşkil edib.

Biləsuvar Mərkəzi Rayon Xəstəxanası:

“Epidbiomed” MMC Biləsuvar MRX-nın 2011-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “rentgen və flüoqrafiyada işlənən materialların” və “zərdab və vaksinlərin” satınalınması maddəsi üzrə 7 dəfə qalib elan olunub.

Beləki şirkət 2011-ci ildə 18 388 (on səkkiz min üç yüz səksən səkkiz) manatlıq, 2012-ci ildə 20 054,3 (iyirmi min əlli dörd manat, otuz qəpik), 2013-cü ildə 20 106, 6 (iyirmi min yüz altı manat, altmış qəpik), 2014-cü ildə 18 053,6 (on səkkiz min əlli üç manat, altmış qəpik) dəyərində tenderlərin qalibi olub.

Bu illər ərzində “Epidbiomed” MMC ilə Biləsuvar MRX-nın birgə həyata keçirdikləri satınalmaların məbləği 76 602, 68 (yetmiş altı min altı yüz iki manat, altmış səkkiz qəpik) manat təşkil edib.

Bərdə Mərkəzi Rayon Xəstəxanası:

“Epidbiomed” MMC Bərdə MRX-nın 2012-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “şəkərli və şəkərsiz diabet və imtiyazlı qrup üçün dərman preparatlarının”, “ümumi qrup dərman preparatlarının və sarğı ləvazimatlarının”, “rentgen-plyonka və reaktivlərin” satın alınması maddəsi üzrə 5 dəfə qalib elan olunub.

Belə ki, şirkət 2012-ci ildə 273 274, 96 (iki yüz yetmiş üç min iki yüz yetmiş dörd manat, doxsan altı qəpik) manat, 2013-cü ildə 516 603, 84 (beş yüz on altı min altı yüz üç manat səksən dörd qəpik) manat, 2014-cü ildə isə 409 802, 72 (dörd yüz doqquz min səkkiz yüz iki manat, yetmiş iki qəpik) manat dəyərində tenderlərin qalibi olub.

Bu illər ərzində “Epidbiomed” MMC ilə Bərdə MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 1 202 681, 52 (bir milyon iki yüz iki min altı yüz səksən bir manat, əlli iki qəpik) manat təşkil edib.

(ardı var…)

P.S. Mövzu ilə əlaqədar adıçəkilən qarşı tərəflərin mövqeyini də dinləməyə və dərc etməyə hazırıq.
Cəmil MƏMMƏDLİ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi