azia.az
azia.az

Teatr Türkiyəyə qastrol səfərinə yola düşür

1-04-2016, 13:03

Teatr Türkiyəyə qastrol səfərinə yola düşür Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağının “Kültür və sanatta kardeşlik və candaşlıq” layihəsinə uyğun olaraq 2016-cı ilin 04-24 aprel tarixlərində Türkiyə Cümhuriyyətinə genişmiqyaslı qastrol səfəri həyata keçirəcək.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı Türkiyənin Iğdır, Kars, Ərzurum, Bursa, İnegöl, Manisa, İzmir, Quşadası, Sakarya, Kocaeli, İstanbul, Amasya, Kastamonu və Samsun şəhərlərində çıxışlar planlaşdırılır. Teatrın qastrol səfərində "Soyqırımı tarixinin dastanı", "Nurlu ömrün dastanı", "Cümhuriyyətin ilk sədası" tamaşalarının nümayişi nəzərdə tutulub.
Qeyd edək ki, 24 aprel 2016-cı il tarixində Bakıda Türkiyədən gələcək nümayəndə heyəti ilə birlikdə İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrola yekun vuracaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi