azia.az
azia.az

Mərhum sənətkar:- İlhamə Quliyevanın ölümündən üç il ötdü

25-02-2019, 12:55

Mərhum sənətkar:- İlhamə Quliyevanın ölümündən üç il ötdü

Azia.az xəbər verir ki,Azərbaycanın xalq artisti, müğənni:-İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olmuşdur.

1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olmuşdur.

İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat etmişdir. Səhər saatlarında vəziyyəti qəfildən pisləşən İlhamə Quliyevanın evinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili gəlsə də, artıq dünyasını dəyişmişdir. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbibulla Bayramovun yanında dəfn edilmişdir. İlhamə Quliyevanın vəfat səbəbi keçirilən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyi nəticəsində məlum olmuşdur.

Atası: İlhamə Quliyevanın doğma atasının adı Məzahir Quliyevdir, ögey atasının adı isə Azərbaycanın Xalq Artisti Həbib Bayramovdur.

Anası: Görkəmli Azərbaycan müğənnisi Azərbaycanın Xalq Artisti Tükəzban İsmayılova.

İlhamə Quliyeva XX əsrin 80-cı illərində qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını – Mirmöhsünova soyadını daşıyıb. İlhamə Quliyevanın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub. Lakin, İlhamə Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb.

Orxan Nadirov adlı bir oğul övladı var idi. Əslində Orxan Nadirov İlhamə Quliyevanın doğma oğlu deyil, o İlhamə xanımın xalasi nəvəsidir.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi