İlhamə Quliyeva dünyasını dəyişdi
Xalq artistinin ölüm səbəbi açıqlanıb
Hazırda İlhamə Quliyevanın dünyasını dəyişdiyi evin önündə olan jurnalistlərə açıqlama verən Əli Mirəliyev deyib ki, xalq artisti ürək çatışmazlığından vəfat edib. Müğənni deyib ki, səhər saatlarında vəziyyəti pisləşən İ.Quliyevanın üzərinə təcili yardım çağrılıb. Lakin həkimlər onu həyata qaytara bilməyib. Hazırda prokurorluq əməkdaşlarının olay yerinə gəlib ekpertiza aparmaları gözlənilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də bildirilib ki, bu gün İ.Quliyevanın köməkçisi təcili yarıdma zəng edib. Səhər saat 10:30-da təcili yardım maşını İ.Quliyevanın evinə çatıb. Onun ölümü ilə bağlı ilkin olaraq ürək çatışmazlığı diaqnozu qoyulub.