azia.az
azia.az

Nazir: "Dədə Qorqud haqqında ssenari ilkin variantda hazırdır"

28-02-2016, 15:25

Nazir: "Dədə Qorqud haqqında ssenari ilkin variantda hazırdır" "Dədə Qorqud haqqında ssenari ilkin variantda hazırdır. Biz hesab edirik ki, onun üzərində iş getməlidir"

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazirin sözlərinə görə, kinematoqrafik baxımdan daha cəlbedici və maraqlı çəkilişin təmin olması üçün rejissor ssenarisi formalaşmalıdır: "Bu təbii prosesdir və təəccüblənmək lazım deyil. Hər bir dəyərli filmin ərsəyə gəlməsi üçün o, müəyyən mərhələlərdən keçməlidir. Mən düşünürəm ki, Dədə Qorqud haqqında elə film çəkməliyik, bütün dünyada Azərbaycan xalqının mənəviyyatını, bizim köklərimizi nümayiş etdirmək iqtidarında olsun" .
Nazir əlavə edib ki, filmin çəkilişi üçün yerli, yaxud xarici mütəxəssislərin təcrübəsindən istifadə edilməsi müəyyən olunmayıb:"Bu, aksioma deyil. Rejissor ssenarisinin üzərində iş aparılandan sonra bizə məlum olacaq ki, hansı qüvvələri cəlb etməliyik".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi