azia.az
azia.az

Lalə Dadaşova keçmiş gəlini Mehriban Xanlarovadan danışdı

25-02-2016, 14:07

Lalə Dadaşova keçmiş gəlini Mehriban Xanlarovadan danışdı Müğənni Lalə Dadaşova keçmiş gəlini, əməkdar artist Mehriban Xanlarova barəsində danışıb.
L.Dadaşova bildirib ki, bəzi saytlar keçmiş gəlini ilə arasında problemlər olduğunu yazıblar. Amma bu, həqiqəti əks etdirmir və oğlu Zaur Mehriban Xanlarova ilə ailə qurmaq istəyəndə narazılıq etməyib: “Bəzi jurnalistlər istəyirlər ki, aramıza qalmaqal salsınlar. Mehriban Xanlarovaya elçi gedib, onu oğluma almışdım. Amma həyat belə gətirdi ki, ayrıldılar. Ayrılığa nə səbəb olduğunu isə deyə bilməyəcəm. Bu, Mehribanla oğlum arasında olan bir məsələdir. Mən heç vaxt onların işinə qarışmamışam. Mən də hər bir ana kimi istəyərdim ki, oğlum xoşbəxt olsun. Amma... nə bilim. Həyatda milyonlarla ayrılan insan var. Oğlumla Mehriban Xanlarova da onlardandır. Ayrılandan sonra da münasibətləri yaxşı oldu. Bizə yaraşmaz ki, qalmaqal edək, bir-birimizə nalayıq sözlər deyək. Çünki bizim nəslimiz var”.
L.Dadaşova onu da əlavə edib ki, tdi ki, oğlu Zaur M. Xanlarova ilə boşanandan sonra yenidən ailə qurub. Amma ikinci evliliyi də uğursuz olub: “Mehriban xanımdan ayrılandan sonra oğlum 2006-cı ildə yenə də ailə qurdu. Təxminən 6-7 il bir yerdə yaşadılar. Amma qismətdən ailə qurduğu xanım böyrək çatışmazlığından dünyasını dəyişdi. Yoldaşı dünyasını dəyişəndən hələ ki, subaydır. Bu, oğlumun qisməti imiş. Yəqin ki, oğlumun taleyinə bunlar yazılıbmış”.
Xatırladaq ki, L.Dadaşova bir neçə il öncə açıqlamasında bildirmişdi ki, oğlunun M.Xanlarova ilə evliyinə narazı olub: “Oğlumla aralarında yaş fərqi vardı. Zaur mənə gəlib deyəndə ki, Mehribanla evlənmək istəyirəm, narazılıq etdim. Dedim ki, qətiyyən olmaz. Oğlum da mənə söylədi ki, öldü var, döndü yoxdur. Mehribanı tanıyandan sonra beş əlli evlənmələrinə razı oldum. Övladları olmadığı üçün ayrıldılar”.
M.Xanlarova isə cavabında bu sözləri demişdi: “Yaş fərqimiz o qədər də çox deyil. Mən 1967-ci ildənəm, Zaur isə 1973-cü ildən olmalıdır. Camaat 20 yaş fərqiylə ailə qurur. Sadəcə anlaşmadıq və ayrıldıq. Bəzi problemlər var idi, açıqlamayacağam”.
Qeyd edək ki, L.Dadaşovanın digər oğlu Natiq 4 ay öncə uzun sürən ağ ciyər xərçəngindən 35 yaşında dünyasını dəyişib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi