azia.az
azia.az

Rusiya "Eurovision"a buraxılmaya bilər

18-03-2017, 10:38

Rusiya "Eurovision"a buraxılmaya bilər


Buna səbəb Samoylovanın qanunsuz olaraq Krıma səfər etməsidir

Avropa Yayım Birliyinin nümayəndələri Rusiyanın "Eurovision 2017" təmsilçisi Yuliya Samoylovanın bu il yarışmanın keçirildiyi Ukraynana buraxılmaması haqda gəzən söz-söhbətə münasibət bildirib.

İstiPress xəbər verir ki, əgər Ukrayna rəhbərliyi Yuliya Samoylovanın ölkəsinə girişinə qadağa qoysa, Rusiya öz təmsilçilərini dəyişməlidir:

"Avropa Yayım Birliyi Ukrayna qanunlarına hörmətlə yanaşır. İstənilən məsələ qanun çərçivəsində həll olunmalıdır. Bizim Ukrayna hakimiyyəti ilə çox gözəl münasibətimiz var. İstənilən dialoqa girib məsələnin həllinə çalışa bilərik. Biz daha əvvəl də bu məsələ ilə bağlı onlarla dialoqa girmişik. Onlar bildirib ki, Ukrayna üçün heç bir təhlükə daşımayan, Ukraynanın qanunlarını pozmayan və hörmətlə yanaşan istənilən kəs Ukraynana sərbəst şəkildə daxil ola bilər".

Qeyd edək ki, Rusiya təmsilçisi mübahisəli ərazi olan Krıma qanunsuz olaraq səfər etdiyindən onun Ukraynaya girişinə qadağa qoyula bilər.

Rusiya "Eurovision"a buraxılmaya bilər

Yuliya Samoylova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi