azia.az
azia.az

Əbülfəs Qarayev Musiqili Teatrın əməkdaşlarını mükafatlandırdı

3-03-2017, 14:15

Əbülfəs Qarayev Musiqili Teatrın əməkdaşlarını mükafatlandırdı


Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev 10 - Mart Milli Teatr Günü münasibəti ilə teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətlərinə və milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə Musiqili Teatrın bir- neçə əməkdaşını mükafatlandırıb.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Novruz Əliyev (Qartal) və orkestr artisti Zakir Dadaşov “Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərman”ı, quruluşçu rəssam Nabat Səmədova isə “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunublar.

Bizimyol.info


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi