azia.az
azia.az

Hərbçilərimiz beynəlxalq müsabiqədə ilk çıxışını etdi

23-08-2021, 13:08

Hərbçilərimiz beynəlxalq müsabiqədə ilk çıxışını etdi
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsində Azərbaycanı təmsil edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının solistləri ilk çıxışlarını təqdim edib.

Müdafiə Nazirliyindən Azia.az-a verilən məlumata görə, müsabiqənin birinci günü "Vokal ustalığı" və "İnstrumental janr" mərhələləri üzrə yekunlaşıb. Hakimlər tərəfindən qiymətləndirmə zamanı iştirakçıların peşəkarlığı və ifa qabiliyyəti nəzərə alınıb.

Müsabiqədə solistlərimizin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

Azərbaycan xalq çalğı alətlərində hərbçilərimizin çıxışı hakimlərin və zala toplaşanların böyük marağına səbəb olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi