azia.az
azia.az

Azərbaycan pavilyonu 69-cu Kann Beynəlxalq Film Festivalında

12-05-2016, 17:23

 Azərbaycan pavilyonu 69-cu Kann Beynəlxalq Film Festivalında Mayın 11-22-də Fransada 69-cu Kann Beynəlxalq Film Festivalı keçirilir.
2011-ci ildən başlayaraq artıq altıncı ildir ki, sözügedən festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan kinosu pavilyonu təşkil olunur. Bu il dünyanın ən nüfuzlu kino tədbirində Azərbaycan kinosunu Nazirliyin və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının nümayəndələri, eləcə də rejissor və prodüser İlqar Nəcəf, ssenarist və rejissor Asif Rüstəmov təmsil edirlər.
"Azərbaycanfilm" kinostudiyası cari ildə Kann kino bazarına "Qırmızı bağ", "İçəri şəhər", "Yarımçıq xatirələr", "4.1 Şəhər motivləri", "Keçmişdən məktublar", "Həddən artıq uyğunluq" və "Xeyirlə Şərin rəqsi" bədii filmlərini təqdim etmiş, filmlərimiz dünyanın yüzə qədər ölkəsindən gəlmiş distribyutor şirkətlərinin diqqətinə çatdırılmışdır. Eyni zamanda, istehsalın müxtəlif mərhələlərində olan "Üç gün və bir ömür", "Nar bağı", "Köşk" bədii filmləri kino bazarın xüsusi bölməsinin iştirakçılarıdır.
Festival çərçivəsində dünya kino sənayesinin tanınmış nümayəndələri ilə öncədən razılaşdırılmış cədvəl üzrə işgüzar görüşlər həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi