azia.az
azia.az

Xalq artistinin səsi okeanın o tayından gələcək

2-05-2016, 18:30

 Xalq artistinin səsi okeanın o tayından gələcək Muğam ustası Alim Qasımovun səsi bu dəfə okeanın o tayından gələcək. O, qızı ilə birlikdə Birləşmiş Ştatlarda konsert verəcək.
Konsertdə amerikalı tamaşaçılara "Leyli və Məcnun" operasından müəyyən parçalar da təqdim olunacaq.
Azərbaycan muğamını dünyada layiqincə təmsil edən xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə birgə Amerika Birləşmiş Ştatlarına yola düşəcək.
Sənətçilər ötən səfərləri zamanı "İpək yolu" layihəsi çərçivəsində amerikalı tamaşaçılara "Leyli və Məcnun" operasından müəyyən parçalar təqdim etmişdilər.
Məcnun partiyası Alim Qasımovun, Leylini isə Fərqanə Qasımova ifa edib. Elə bu layihə ilə bağlı xalq artistinə yeni bir təklif gəlib.
Amerikadan qayıtdıqdan sonra isə Alim Qasımovun bir çox məkanlara qastrol səfəri nəzərdə tutulub. Həmçinin xanəndə üç-dörd aydan sonra Bakıda da böyük solo-konsert layihəsi ilə çıxış etməyi nəzərdə tutur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi