azia.az
azia.az

Əyyub Quliyev Azərbaycanı beynəlxalq opera layihəsində təmsil edib

2-05-2016, 18:27

Əyyub Quliyev Azərbaycanı beynəlxalq opera layihəsində təmsil edib T. Satılqanov adına Qırğızıstan Akademik Milli Filarmoniyasında “Diva dell Opera” başlığı altında beynəlxalq opera layihəsi təşkil olunub.
Layihəyə Rusiya, Qırğızıstan və Azərbaycanın tanınmış musiqiçiləri qatılıb. Konsertdə Azərbaycanı Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev təmsil edib. A.Jumakmatov adına Qırğızıstan Dövlət Akademik Simfonik Orkestri, A.Maldıbayev adına Akademik Opera Teatrının xoru və azərbaycanlı dirijor Əyyub Quliyevin ifasında dünya klassik opera nümunələri - C.Verdi, C.Puccini, P.Maskanyi, A.Dvorjakın əsərləri ilə bərabər, L.Delib, F.Leqar, L.Arditi, M.Lara, A.Maldabasanov və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin müxtəlif səpkili əsərləri səslənib.
Tədbirdə Qırğızıstanın birinci xanımı Raisa Atambayeva, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov və diaspor nümayəndələri iştirak edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi