azia.az
azia.az

Röya konsertini təxirə salıb - SƏBƏB

3-03-2020, 13:34

Röya konsertini təxirə salıb - SƏBƏB

Xalq artisti Röya Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlərə uyğun olaraq 6, 7, 8 və 9 mart tarixlərində Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan “Nazlı” adlı solo konsertinin tarixini dəyişdirib.

Azia.Az bildirir ki,bu barədə Oxu.Az-a Xalq artisti özü məlumat verib.

Onun sözlərinə görə, nəzərdə tutulan dörd günlük solo konsertin hər birində 3000-dən çox tamaşaçının iştirak edəcəyini nəzərə alaraq, Azərbaycanda və bütün dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq bu qərarı verib:
“Bu tipli kütləvi tədbirlərdə belə virusun yayılma təhlükəsini nəzərə aldıq. Bizim üçün insanlarımızın, sevimli tamaşaçılarımızın səhhəti ilə bağlı məsələlər vacib olduğu üçün həyata keçirilən profilaktik tədbirlərə dəstək göstərmək qərarını verdik”.

Xalq artisti Röya solo konsertinin yeni tarixi barədə əlavə məlumat veriləcəyini bildirib.

Mart ayındakı konsertə bilet almış şəxslər yaranmış suallarla əlaqədar şəhərin müvafiq kassalarına müraciət edə bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi