azia.az
azia.az

Qadınlar belə kişiləri sevir...

2-02-2024, 17:21

Qadınlar belə kişiləri sevir... Bürclərinə görə qadınlar belə kişiləri sevir:
Qoç
Qoç bürcündən olan xanımlar enerji doludurlar. Onlar özləri kimi maraqlı, enerjili biri ilə ailə həyatı qurmaq istəyərlər. Qoç bürcündən olan qadınlar eyni zamanda kişi xarakterinə də malik olurlar. Onlar çətinliyin öhdəsindən asanlıqla gələ bilən kişiləri bəyənirlər.

Buğa
Buğa bürcündən olan qadınlar çox zövqlüdürlər. Onlar lüks həyatı sevir. Buna görə də buğa bürcündən altında doğulan xanımlarla ailə qurmaq istəyən kişilər bunu nəzərə almalıdır. Sevgidə sadiqdirlər.

Əkizlər
Əkizlər bürcündən olan qadınlar romantik və əyləncəlidirlər. Onlar özləri kimi romantik kişiləri xoşlayır. Kişilərdən tələb etdikləri diqqət və qayğıdır. Sevgiyə ürəkdən inanırlar, həyatdan zövq almağı bacarırlar.

Xərçəng
Xərçəng qadınlar iddialıdırlar. Gördükləri işi axıra kimi yerinə yetirmək onların məqsədidir. Xərçəng bürcündən olan qadınlar yalnız öz maraqlarına uyğun kişiləri xoşlayır. Emosional, yumoru sevən, zarafatcıl kişi tipləri bu qadınların seçimidir.

Şir
Şir bürcü altında doğulan qadınlar diqqət mərkəzində olmağı xoşlayır. Şir qadın sevdiyi kişinin yalnız onunla maraqlanmasını, ona diqqət ayırmasını istəyir. O, idarəedici xüsusiyyəti ilə fərqlənir. Münasibətdə idarə edtməyi xoşlayır.

Qız
Qız bürcündən olan qadınlar bir iş görməmişdən əvvəl onun axırını düşünürlər. Bu qadınlar öz fikirləri ilə hərəkət etməyi və sakitliyi xoşlayır. Qız bürcü altında doğulan qadınlarla münasibət qurmaq istəyən kişilər bilməlidir ki, bu qadınlar hisslərini gizlətməyi bacarır. Onları incitmək çox asandır, ürəklərini ələ almaq isə bir o qədər çətindir.

Tərəzi
Tərəzi bürcündən olan qadınlar həyatdan nə istədiklərini yaxşı bilirlər. Buna görə məqsədlərinə çatmaq üçün əllərindən gələni əsirgəmirlər.Onlar elə özləri kimi güclü xarakterə malik olan kişiləri bəyənir.

Əqrəb
Əqrəb qadınlar təbiətcə çox iddialıdırlar. Ehtiraslı, qısqanc, həssas əqrəb qadınlar partnyorları üçün olduqca ağır şərtlər irəli sürə bilirlər. Seksual fantaziyaları sevən bu qadınlar kişilərin ən çox sevdiyi qadın tiplərindəndir.

Oxatan
Oxatan qadınlar cəsarətlidirlər. Həyatda daima yeni, maraqlı, əyləncəli sərgüzəştlər axtarırlar. Onların axtardığı kişi tipi arzularını həyata keçirə bilən tiplərdir.

Oğlaq
Oğlaq qadınlar çətin sevirlər. Onların qəlbini ələ almaq çox çətindir. Səbrlidirlər.

Dolça
Dolça bürcü altında doğulan qadınlar kiminsə onların qarşısına şərt qoymasını heç cür qəbul etməzlər. Ünsiyyətcildirlər, azadlığı sevirlər. Partnyorlarının deyil, özlərinin fikri onlar üçün əhəmiyyətlidir.

Balıqlar
Balıq qadınlar həssas və emosionaldırlar. Özlərinə əmin deyillər, aktrisalıq qabiliyyətləri var. Kişilərdən diqqət tələb etməyi xoşlayırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi