azia.az
azia.az

Azərbaycanda gimnastika Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir

20-05-2019, 08:22

Azərbaycanda gimnastika Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir
Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir.Bunu Trend-ə Rusiyanın əməkdar idman ustası, müxtəlif beynəlxalq idman yarışlarının qalibi, Olimpiya Oyunlarının gümüş mükafatçısı Yana Batırşina deyib.Y.Batırşina bildirib: "Biz hamımız Azərbaycan Gimnastika Federasiyasının prezidentinin kim olduğunu bilirik - bu, Birinci xanım və Birinci vitse-prezident Mehriban Əliyevadır. Əlbəttə, bunların hamısı onun sayəsindədir, bunlar hamısı onun böyük xidmətidir. Mehriban Əliyevanın gimnastikanı necə sevdiyi, nə qədər güc və ruhunu qoyduğu görünür və bu işin nəticələri göz qabağındadır".Əməkdar idman ustası qeyd edib ki, Azərbaycanda bədii gimnastika böyük addımlarla inkişaf edir.Bu gün Bakıda bədii gimnastika üzrə Avropa Çempionatının yekunlaşması haqqında danışan Y.Batırşina yarışların təşklilinin yüksək səviyyəsini və həm gimnastlar, həm də tamaşaçılar üçün yaradılan yaxşı şəraiti xüsusi qeyd edib.Olimpiya Oyunlarının gümüş mükafatçısı həmçinin Azərbaycan gimnastlarının ustalığını dəyərləndirib. Onun fikrincə, ölkənin gənclərdən ibarət yığması əsas heyətin layiqli əvəzidir.Bundan əlavə, Y.Batırşina azərbaycanlı gimnast Zəhra Ağamirovanın çıxışını da xüsusi qeyd edib: "Zəhra Ağamirova çox güclüdür, mən onun bəzi çıxışlarına, məsələn, topla çıxışına vurğunam".Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilmiş bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edib. Çempionatda 35 ölkədən gimnastlar iştirak edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi