azia.az
azia.az

“Dəfn pulu“ kimlərə verilməlidir? - VİDEO

9-05-2024, 20:48

İstənilən Azərbaycan vətəndaşı işləyib işləməməsindən asılı olmayaraq dəfn pulu almalıdır. Bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa deyib. Onun sözlərinə görə, insanlara 300-400 manat olsa belə dəfn pulu verilməlidir. 

Bəs sakinlər dəfn pulundan xəbərdardır? 

Xəbər verilir ki, mövzu ilə bağlı "Apa TV" sorğu keçirib. Sakinlərin cavablarına görə bəziləri bu puldan xəbərdardır. Lakin onların bir qismi bu pul haqqında məlumatları olmadıqlarını və vermədiklərini deyib. Vətəndaşların sözlərinə görə, imkanı olmayan şəxslərə bu dəfn pulu verilməlidir.

Bu məsələ qanunvericiliklə necə tənzimlənir. Dəfn pulu nə qədərdir və kimlərə verilir?

"Əmək pensiyaçılarına, sosial müavinət və sığorta alanlara bu pul verilir. Əgər dövlət qulluqçuları ömürlük pensiya alırsa, 18 yaşına çatmayan şəxslər pensiya alırsa bu şəxslər dəfn pulu ala bilər".

Ətraflı "Apa TV"nin süjetində:



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi