azia.az
azia.az

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa Milli Assambleyasının sədri Riçard Ferran ilə görüşü olub - Fotolar

13-03-2019, 07:39

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa Milli Assambleyasının sədri Riçard Ferran ilə görüşü olub - Fotolar
Martın 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa Respublikası Milli Assambleyasının sədri Riçard Ferran ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Fransa Milli Assambleyasının sədri Riçard Ferran Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşıladı.

Mehriban Əliyeva Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun sədri və müşavirlər ilə görüşdü.

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Fransa Milli Assambleyasının sədri Riçard Ferranın görüşü oldu. Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edildi.

Riçard Ferran ölkələrimizin parlamentləri arasında əlaqələrin inkişafında maraqlı olduqlarını bildirdi. O, zəngin tarixə və mədəniyyətə malik ölkəmizin Fransada daha yaxşı tanıdılması üçün fransız deputatların Azərbaycana səfərlərinin əhəmiyyətini vurğuladı.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa Milli Assambleyasının sədri Riçard Ferran ilə görüşü olub - Fotolar
Birinci vitse-prezident Mehriban Əliyeva ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin önəmindən danışdı, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Mehriban Əliyeva bu cür səfərlərin ölkəmizi daha yaxından tanımaq və Azərbaycan həqiqətlərini fransız ictimaiyyətinə çatdırmaq üçün yaxşı fürsət yaratdığını bildirdi. Mehriban Əliyeva milli dəyərlərə sadiq olan ölkəmizdə tarixlə müasirliyin gözəl sintezinin yaradıldığını diqqətə çatdırdı.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Milli Assambleyasının sədri Riçard Ferranı Bakıya səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi