azia.az
azia.az

Prezident İlham və Mehriban Əliyevanın mədəniyyət xadimləri ilə görüşü göstərilən qayğının əyani təzahürüdür.

4-03-2019, 14:07

Prezident İlham və Mehriban Əliyevanın mədəniyyət xadimləri ilə görüşü göstərilən qayğının əyani təzahürüdür.

Prezident İlham və Mehriban Əliyevanın mədəniyyət xadimləri ilə görüşü göstərilən qayğının əyani təzahürüdür.

Prezident İlham və Mehriban Əliyevanın mədəniyyət xadimləri ilə görüşü göstərilən qayğının əyani təzahürüdür.

"Azia.az"a verilən məlumata görə: Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü göstərilən qayğının daha bir əyani təzahürüdür.

Azəbaycançılıq ideologiyası və milli dövlətçiliyi sevən gənclər üçün ulu öndər Heydər Əliyev yolu hər zaman nümunə olub. Belə gənclər eyni zamanda ictimai-siyasi aktivlik də göstərirlər. Nicat Müslümov da belə gənclərdən biridir:-

Ümummilli liderimiz Heydər Əliyev daim musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirirdi. Tanınmış sənət adamlarının tarixi yubileyləri təntənəli gecələr də milli mədəniyyətimizin tarixinə yazılan uğurlu hadisələr sırasına daxil olub. Ümummilli liderin davamçısı Prezident İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan musiqisinə çox yüksək dəyər verir, o cümlədən muğam sənətinin dünya miqyasında tanınmasında mühüm rol oynayır. Hər iki ildən bir Heydər Əliyev Fondunun dəstəyi ilə Muğam Televiziya Müsabiqəsi keçirilir və hər dəfə bu müsabiqədə 7-8 nəfər yaxşı xanəndə yetişir. Bu, Azərbaycan Muğamının əldə etdiyi uğurdur.

Bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib. Səhifəmizdə Azərbaycan muğam sənətinin vacib tərkib hissəsi kimi Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı məlumatlar öz əksini tapır.

Mədəniyyət və incəsənət xadimlərinə dövlət qayğısını daim hiss edir və görürük. Martın 1-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü göstərilən qayğının daha bir əyani təzahürüdür.

Nicat Müslümov qeyd edib ki, respublikamızda digər sahələrdə olduğu kimi, təhsil və mədəniyyət sahəsində də böyük nailiyyətlər qazanılır. Son illərdə müasir tələblərə cavab verən çoxlu sayda məktəb binaları tikilib, təhsil və mədəniyyət müəssisələrinin maddi-texniki bazası daha da möhkəmləndirilib, tələbələrin və doktorantların təqaüdləri artırılıb, mədəniyyət və incəsənət xadimlərinin əməyi layiqincə qiymətləndirilib. Bütün bunlar bizi ürəkdən sevindirir və ruhlandırır.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi