azia.az
azia.az

DİN saxta spirtli içki istehsal edilən sex aşkarlayıb

25-02-2016, 13:53

DİN saxta spirtli içki istehsal edilən sex aşkarlayıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) Abşeron rayonu ərazisində keyfiyyətsiz, saxta spirtli içkilərin istehsal edilməsi barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən verilən məlumatla bağlı keçirilən əməliyyat nəticəsində Gürcüstanda anadan olan Bərxudar Həsənovun Abşeron rayonu Saray qəsəbəsində kirayə yaşadığı ünvanda gizli qurduğu sexdə həmyerlisi Şakir Muradov və Şabran rayon sakini Bəhruz Ömərovla birlikdə kustar üsulla saxta spirtli içkilər istehsal etməsi müəyyən olunub.
Sexə baxış zamanı külli miqdarda saxta “Stoliçnaya Sever Russian Vodka”, “Finlyandiya”, “Russkiy Standart” araqları, “Jack Daniels”, “Chivas” viskiləri, keyfiyyətsiz spirt, Azərbaycan və Rusiya Federasiyasının saxtalaşdırılmış aksiz markaları, eləcə də spirtli içkilərin hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar götürülüb.
Əməliyyat zamanı aşkar edilən spirtli içkilər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib. Ekspertizanın rəyinə əsasən həmin spirtli içkilərin keyfiyyətsiz, insan orqanizminə ciddi təhlükə yaradan və istifadəyə tamamilə yararsız olduğu müəyyənləşib.
Hazırda faktla bağlı Baş İdarədə başlanan araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi