azia.az
azia.az

Göyçay rayon icra başçısı hara baxır ? -ŞİKAYƏT

23-06-2017, 08:28

Göyçay rayon icra başçısı hara baxır ? -ŞİKAYƏT


İcxeberleri.info-ya şikayət məktubu göndərən Göyçay rayon sakinləri mətbuat vasitəsi ilə ölkə başçısı İlham Əliyevə müraciət edirlər.Narazı Göyçay rayon sakinlərinin şikayətini olduğu kimi dərc edirik.

"Göyçay rayon icra başçsı Mehdi Səlimzadə hara baxır bilmirik.Buadam bir maraqlanmır ki, "Göyçay-Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyev pul qazanmaq üçün Göyçay rayon sakinlərinin sağlamlıqlarını təhlükə altında qoyub, rahatlığını pozub. Olsun ki, Arif Əliyev qazandığı puldan onlara haqq verdiyi üçün ona gözün üstə qaşın var deyən yoxdur.Arif Əliyev "Göyçay-Avtonəqliyyat" ASC-nin direktorudur. O, həmin avtobazanı bazar edib.Həmin bazardan gündəlik yaxşı qazanc əldə etsədə antisanitariya, şəraitsizlik, qışda palçıq, yayda toz-torpaqdan bazara girmək mümkün deyil. Tozun-palçığın içində yerə qida məhsulları, kənd təsərrüfatı malları satılır. Bunu da biz sakinlər məcburuq alaq uşaqlarımıza yedizdirək.Göyçay rayon Gigiyena və Epidemologiya Mərkəzinin direktoru "Göyçay-Avtonəqliyyat" ASC-də qanunsuz fəaliyyət göstərən bazardakı antisanitariyanın qarşısını almır heç bir tədbir görmür, hansı ki, bütün bu neqativ hallar göz önündədir. Arif Əliyev bu bazardan küllü miqdarda pul qazansada asfalt örtüyü çəkdirmir, köhnə piştaktaları yığışdırmır, qida məhsullarının örtülü yerdə satılmasını təmin etmir, soyducu sistemi təşkil etmir.

Bir-neçə gündür intensiv yağışlardan bazarda dəhşətli mənzərə yaranıb.Yağışdan əmələ gəlmiş gölməçələr iylənib, kanalizasiya işləmir, palçıq əlindən bazara girmək olmur.Bura nə bazar kimi bazar deyil, nədə ki, avtobaza kimi heç nəyə yaramır.İşləməyən köhnə yararsız avtobuslar bazara qarışıb. Elə bil ki "Göyçay-Avtonəqliyyat" ASC-nin direktoru Arif Əliyev insanların qəsdinə durub. Buna baxmayaraq icra başçısı heç bir tədbir görmək istəmir.Buna görə də Arif Əliyev bildiyini edir.
Hazırda Arif Əliyev bicliklərə əl ataraq çirkab içində itib-batan yararsız bazarında alver edən insanlara özü yazıb tərtib etdirdiyi saxta ərizəyə imza etdirib bununla çıxış yolu tapmaq istəyir.Guya həmin saxta ərizəni imza edən vətəndaşlar prezident İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Göyçay rayon icra başçıs; Mehdi Səlimzadədən xahiş edirlər ki, biz bu çirkab içində olan bazarda qalıb işləmək istəyirik, tozun, palçığın. antisanitariyanın satıcılara və alıcılara heç bir ziyanı yoxdur.Bu biabırçılıqdır ki, Arif Əliyev öz maddi maraqlarına görə əl atıb avam insanlarla yanaşı başda prezident İlham Əliyev olmaqla digər vəzifəli şəxsləridə ələ salıb aldadır.
Bəlkə də Azərbaycanda belə antisanitariya içində fəaliyyət göstərən şəraitsiz ikinci bazar yoxdur. Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edirik.Cənab prezident pul qazanmaq üçün "Göyçay-Avtonəqliyyat" ASC-ni bazara döndərib antisanitariya şəraitində əhalinin sağlamlığını təhlükə altında qoyan "bazarkom" Arif Əliyevin barəsində tədbirlər görəsiniz".

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq....

Azər Purqafari

Göyçay rayon icra başçısı hara baxır ? -ŞİKAYƏT
Göyçay rayon icra başçısı hara baxır ? -ŞİKAYƏT
Göyçay rayon icra başçısı hara baxır ? -ŞİKAYƏT
Göyçay rayon icra başçısı hara baxır ? -ŞİKAYƏT


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi