azia.az
azia.az

6 yaşı tamam olmayanlar məktəbə necə gedəcək?

6-06-2017, 08:13

6 yaşı tamam olmayanlar məktəbə necə gedəcək?


6 yaşı bitməyən uşaqların 1-ci sinfə qəbulu üçün keçiriləcək müsabiqələrə 2 həftədən sonra start veriləcək.

azia.az Xezerxeber-ə istinadən məlumat verir ki, müsabiqədə iştirak və qəbul qaydadaları artıq müəyyənləşib. Bundan əlavə 6 yaşı tamam olmadan müsabiqdənkənar birinci sinifə daxil olmaq da mümkündür. Amma müsabiqədə heç də bütü beş yaşlı uşaqlar iştirak edə bilməz. Əsas şərt ondan ibarətdir ki, həmin uşasqlraın ilin sonunadək 6 yaşları tamam olsun. Yəni müsabiqədə 16 - sentyabr və 31 derkabr tarixləri arasında 6 yaşı tamam olacaq uşaqlar iştirak edəcək. Bunun üçün isə əvvəlcə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat isə onlayn formada www.Mektebeqebul.edu.az internet səhifəsindən həyata keçirilir.

Müsabiqədə uşaqları peşəkarlardan ibarət komissiya yoxlayacaq. İbtidai sinif müəllimi, həkim, psixoloq və metodistlərdən ibarət komissiyaların əsas meyarları da artıq müəyyənləşib.

Daha sonra isə müsabiqədən keçən uşaqların ərizələri toplanacaq. Məktəbəqədər hazırlıq qruplarını bitirən və 6 yaşı bitməyən uşaqlar isə müsabiqədənkənar qəbul edilir.

Məktəbəqədər hazırlıq qruplarını bitirən uşaqlar indidən sənədlərini istədikləri məktəbə təqdim edə bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi