azia.az
azia.az

Bakının "Şamaxinka"sında yaşıllıq məhv edilir - FOTOLAR

2-06-2017, 17:34

Bakının "Şamaxinka"sında yaşıllıq məhv edilir - FOTOLAR


Son aylarda Bakının müxtəlif ərazilərində yaşıllıqların məhv edilməsi adi hal alıb. Realliq.info dəfələrlə ekoloji fəlakətlə bağlı faktlara yer versədə bəzi iş adamları məqsədlərindən əl çəkmir və paytaxtda ağacların qırılmasında yaxından iştirak edirlər. Cəzasızlıq mühiti bəzi insanlara qanunları pozmaq üşün şərait yaradır.
Bu dəfə oxşar hadisə Bakının Şamaxinka adlanan ərazisində baş verməkdədir. Asif Məhərrəmov kücəsində, binaların qarşısında tikinti aparmağa başlayan şəxslərin yaşıllığa qənim kəsilməsinə ad verə bilmirik. Ərazidə qazıntı aparanlarla söhbət edən Realliq.info - nun əməkdaşına bildiriblər ki, ağacların kəsilməsi icazəlidir. Yəni, hansısa məmurun haqqı verilib və ağacların yox edilməsinə razılıq alınıb.
Məsələ ilə bağlı tikinti aparılan əraziyə nəzarət edən MİS rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq. Sakinlər bildirdi ki, onlar və Nəsimi rayon icra hakimiyyətinin işçiləri tikintiyə başlanan ilk gün ərazidə olub və "xeyir-duasını" verib.
Adıçəkilən ünvanda yaşayan binaların sakinləri hazırda qazıntı aparan şirkətə etirazlarını bildiriblər. Lakin, yaşıllığı məhv etməkdə davam edənlər etirazlara məhəl qoymur. Realliq.info Ekologiya və Təbii sərvətlər nazirliyinin məsələyə münasibət bildirəcəyinə inanır. və ümid edirik ki, ağac soyqırımın qarşısı alınacaq.
Ərazidə olan əməkdaşımızın çəkdiyi fotoları təqdim edirik:



Bakının "Şamaxinka"sında yaşıllıq məhv edilir - FOTOLAR
Bakının "Şamaxinka"sında yaşıllıq məhv edilir - FOTOLAR
Bakının "Şamaxinka"sında yaşıllıq məhv edilir - FOTOLAR
Bakının "Şamaxinka"sında yaşıllıq məhv edilir - FOTOLAR
Bakının "Şamaxinka"sında yaşıllıq məhv edilir - FOTOLAR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi