azia.az
azia.az

Nazirlik məhkəmədə MMC-ni uddu

25-05-2017, 12:05

Nazirlik məhkəmədə MMC-ni uddu


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi özəl şirkətə qarşı məhkəmə iddiası qaldırıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirliyin Dövlət Radiotezliklər İdarəsi təhlükəsizlik sistemlərinin satışı və quraşdırılması ilə məşğul olan “Flame” MMC-ni cavabdeh qismində məhkəməyə cəlb edib. İdarə MMC-dən yığılan borcların ödənilməsini tələb edib.

İşə baxan 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsi nazirliyin leyhinə qətnamə çıxarıb. MMC isə qərardan narazı qalıb və apellyasiya şikayəti verib.

Şikayət icraata qəbul edilib və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın sədrliyi ilə iyunun 20-də davam etdiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi