azia.az
azia.az

“Bu, soyqırımı idi” - ABŞ-dan Rusiyaya İLK ZƏRBƏ

23-05-2017, 15:25

“Bu, soyqırımı idi” - ABŞ-dan Rusiyaya İLK ZƏRBƏ


ABŞ 1932-1933-cü illərdə baş vermiş hadisələri (“Qolodomor”) Ukrayna xalqının soyqırımı kimi tanınıb.

Bu haqda Ukraynanın ABŞ-dakı səfirliyinin feysbuk səhifəsində bildirilir.

Xəbərə görə, Vaşinqton ştatının senatı 1932-1933-cü illərdə Ukraynada “Qolodomor” qurbanlarının xatirəsinə ehtiram haqqında qətnaməni qəbul edib.

“Qolodomor Ukrayna xalqına qarşı İosif Stalin və sovet rejimi tərəfindən təşkil edilmiş soyqırım idi”, - qətnamədə deyilir.

Respublikaçı senator Mark Miloşia qətnamənin müəllifidir.

Xatırladaq ki, Ukraynada 1932-1933-cü illərdə Ukrayna xalqına qarşı soyqırım törədildiyini bildirirlər. “Qolodomor” Ukrayna dilindəki iki sözdən – "aclıq" və "öldürmək" sözlərindən əmələ gəlib. Sovet İttifaqının "taxıl anbarı” hesab olunan Ukraynada Stalin kommunist rejimi milyonlarla ukraynalıya qarşı sünu kütləvi aclığın yaradılması yolu ilə dəhşətli soyqırım aktı həyata keçirib.

1932-1933-cü illərdə Stalin rejiminin yürütdüyü siyasət nəticəsində 7 milyon ukraynalı aclıqdan ölüb.

Avstraliya, Gürcüstan, Ekvador, Estoniya, Kanada, Kolumbiya, Latviya, Litva, Meksika, Paraqvay, Peru, Polşa, Macarıstan və Portuqaliya “Qolodomor”u soyqırım kimi tanıyıb. Andorra, Argentina, Braziliya, Vatikan, İspaniya, İtaliya, Slovakiya, ABŞ, Çexiya və Çili isə rəsmi müraciətlərində “Qolodomor”u bəşəriyyətin məhv edilməsi aktı kimi pisləyiblər.

Politico.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi