azia.az
azia.az

Ərdoğan ordunu döyüş vəziyyətinə gətirdi - Əmr

19-05-2017, 15:41

Ərdoğan ordunu döyüş vəziyyətinə gətirdi - Əmr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “YPG və PYD-nin Türkiyəyə hər hansı bir hücumu olsa, xəbərdarlıq etmədən istənilən terrorçu hədəfini vuracağıq” sözlərindən sonra türk ordusu bir sıra tədbirlər görüb.

Axar.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri gözlənilən hücum əməliyyat üçün bütün cəbhələrdə hazır vəziyyətə gətirilib.

Türk əsgəri və kəşfiyyat orqanları PKK/PYD/YPG terror təşkilatlarının üzvlərinin yerləşdiyi Afrin, Telabyad, Qamışlı və İraqın şimalındakı bəzi bölgələrlə sərhəddə ciddi şəkildə müşahidələr aparır.

Təhlükəsizlik mütəxəssisi Abdullah Ağar sözügedən terror təşkilatlarının təxribat törədəcəyi təqdirdə Türkiyənin havadan və qurudan ikiqat cavab verəcəyini bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi