azia.az
azia.az

Qafqazdakı bank böhranının mənfi təsirləri… - BVF

18-05-2017, 08:22

Qafqazdakı bank böhranının mənfi təsirləri… - BVF


Mərkəzi Asiya və Qafqaz dövlətlərinin bank sferasında olan böhranlar bu ölkələrin iqtisadiyyatına mənfi təsir edə bilər.

Axar.az xəbər verir ki, bunu “Blumberq” agentliyinə açıqlamasında Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentinin direktor müavini Yuxa Kyaxkonen söyləyib. O, bu ölkələrin itkilərinin həddən artıq çox ola biləcəyini söyləyib:

“Bu mərhələdə bank probleminin həllinin dəqiq qiymətini söyləmək çətindir. Aydındır ki, regionun bankları stress vəziyyətindədirlər. Belə ki, devalvasiya onların balansını zəiflədib. Bank sahəsində problemlərin həlli Mərkəzi Asiya və Zaqafqaziya ölkələrinin qarşısında duran əsas məsələ hesab olunur”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi