azia.az
azia.az

Silahlı Qüvvələrin döyüş hazırlığı təkmilləşdirilir

18-02-2016, 16:52

Silahlı Qüvvələrin döyüş hazırlığı təkmilləşdirilir
Silahlı Qüvvələrdə yeni tədris ili birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və idarəetmə orqanlarının bütün şəxsi heyətini əhatə edib. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, ali baş komandanın tələblərinə, müdafiə nazirinin əmr və sərəncamlarına uyğun olaraq Silahlı Qüvvələr qarşısında qoyulan tapşırıqlar quruda, dənizdə, səmada real təhdid və risklərin qarşısının alınmasının təmin olunması məqsədini daşıyır.
Maddi-texniki bazanın gücləndirilməsi, əsaslı planlaşdırma və digər təşkilati məsələlər yeni tədris ilində döyüş hazırlığının daha intensiv və məzmunlu aparılmasına imkan yaradıb.
Müdafiə nazirinin göstərişi ilə əsas diqqət şəxsi heyət tərəfindən müasir döyüş texnikası, silah-sursat və digər hərbi vasitələrin müxtəlif iqlim və çətin relyef şəraitində düzgün istifadə və tətbiq edilməsi bacarıqlarının artırılmasına yönəldilib.
Müxtəlif kateqoriyalı komandirlər qarşıda qoyulmuş məqsədlərə nail olmaq üçün plana uyğun və ardıcıl surətdə silahlardan istifadə olunması, qoşunların idarəedilməsi effektivliyinin yüksəldilməsi, qarşılıqlı uzlaşmanın gücləndirilməsi, döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və digər istiqamətlər üzrə vərdişləri təkmilləşdirirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi